Qan qrupları haqqında maraqlı məlumat

Qan qrupları haqqında maraqlı məlumat
Maraqlı məlumatlar
10.09.2017 40
I qan qrupu O (I qrup)- tipi «Ovçu». Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.

Müsbət tərəfləri: - Möhkəm həzm sistemi; - yaxşı immun sistemi.

Zəif cəhətləri: - Yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur. - mədənin yüksək turşuluğu; - allergiya.

Dietik məsləhət: yüksək proteinli yeməklərdən uzaq durun.

Məsləhətdir: Ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas Azaldın: yarma, büğda və un məmulatları.

İçkilərdən: Yaxşıdır: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi.

Neytraldır: Pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey)

Uzaq durun: Kofe, tünd içkilər, aloe (əzvay) şirəsi.

Çəkini nəzarətdə saxlamaq üçün menyudan çıxarın: Təzə kələm, qarğıdalı, buğda, sitrus meyvələri, paxla, qənd, nişastalı yeməklər.

Yaxşı kömək edir: Dəniz bitkiləri, balıq, yodlaşdırılmış duz, ət, xüsusən də mal əti, qaraciyər, göyərti, brokkoli, qırmızı turp, B qrup vitaminləri.

Fiziki hərəkət: İntensiv hərəkətli idman növləri: aerobika, qaçış, üzgüçülük, xizəksürmə.



II qan qrupu A (II) qrup- tipi «Torpaq adamı». Bu qan qrupu qədim insanların köçəri həyat tərzindən oturaq həyata keçidi dövründə yaranıb. Yer əhalisinin 37,8% -i bu tipə aiddir.

Güclü cəhətləri: Yemək, pəhriz və ətraf mühit dəyişikliklərinə tez adaptasiya; - effektiv həzm sisteminə malik olmaq;

Zəif cəhətləri: Həssas həzm traktı; - zəif immun sistemi, infeksiyalara dözümsüzlük; - yüksək dərəcədə oyanıq sinir sistemi; - şəkərli diabetə tutulma ehtimalı böyükdür.

Dietik məsləhət: Tam vegeterian qidalanmaya keçmək;

Yaxşıdır: Tərəvəz, yarma, bütün paxlalılar, meyvələrdən – portağal, narıngi, banan, kakos, ananas, balıq və dəniz məhsulları (yalnız kambala, siyənək, kürü istisna olmaqla).

Azaldın: Ət ( toyuq və hind toyuğu), süd məhsulları, buğda,istiot, dondurma, qənd, qarğıdalı yağı).

Kömək edir: Bitki yağlarından ( soya, zeytun), tərəvəz, ananas, B, C, E vitaminləri, jenşen, bitki çayları, pişikotu (valerian).

Fiziki hərəkətlər: Sakit templi və nəfəs hərəkətləri olan növlər, yoqa, tan-zi.



III qan qrupu: B (III) qrup- tipi «Qəribə köçəri». Bu qan qrupu qədim dövrdə tayfa, nəsil yerdəyişmələri və məskunlaşması nəticəsində yaranıb. Dünya əhalisinin 20,6%-i bu qan qrupuna aiddir.

Müsbət cəhətləri: Güclü immun sistemi; - yeməklərə yaxşı uyğunlaşma - balanslaşmış sinir sistemi.

Zəif cəhətləri: Bir çox viruslara, iltihabi xəstəliklərə dözümü yoxdur.

Dietik məsləhət: Qarışıq yeməklərdən və mürəkkəb dietalardan uzaq durun.

Yaxşıdır: Ət, ördək, qaz ətindən başqa bütün ət yeməkləri, balıq, süd məhsulları (turş, yağsız), yumurta, yarmalar, paxlalar, tərəvəz (qarğıdalı, pomidor, balqabaq, zeytun), meyvə.

Uzaq durun: Dəniz məhsulları, donuz əti. İçkilərdən:

Məsləhətdir: Yaşıl çay, ot çayları, çuğundur şirəsi, kələm şirəsi, üzüm şərabı.

Uzaq olun: Pomidor şirəsi, sodalı içkilər. Çəkini nəzarətdə saxlamaq üçün:

Yeməyin: Qarğıdalı, püstə, qarabaşaq (qreçka), pomidor, donuz əti, kolbasa.

Kömək edir: Yaşıl çay, yumurta, böyrək, mal əti, vitaminlər.

Fiziki hərəkətlər: Gəzmək, velosiped sürmək, tennis, üzgüçülük.



IV qan qrupu AB (IV) qrup - tipi «Sirli tapmaca». Bu qrup 2 əks – A və B tipli qanın qarışması, evalusiyası nəticəsində yaranıb.

Müsbət cəhətləri:  Ən gənc qan qrupudur. - Hissiyyatlı immun sistemi; - Həm A, həm də B qrupun müsbət tərəflərini özündə əks etdirir.

Dietik məsləhət: Əvvəlcədən hesablanmış və qarışıq pəhriz saxlaya bilər.

Yaxşıdır: Ət ( qoyun əti, dovşan, hind toyuğu), balıq ( dəniz bitkiləri istisna olmaqla), zeytun yağı, püstə, qoz-fındıq, yarma (qarğıdalı və qarabaşaqdan başqa), tərəvəz (istiotdan başqa).

Azaltmalı: Paxlaları bitkiləri.

İçkilərdən: Kofe, yaşıl çay, çobanyastığı çayı, itburnu.

Olmaz: Aloe şirəsi, cökə çiçəyi çayı.

Çəkini nəzarətdə saxlamaq üçün kömək edir: Balıq, göyərti, ananas, vitamin C, süd məhsulları.

Uzaq durun: Qırmızı ət, vetçina, bekon, qarabaşaq yarması, istiot, buğda, qarğıdalı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!