Görəsən abır nədir ki,onu da itirələr?

Görəsən abır nədir ki,onu da itirələr?
Maraqlı məlumatlar
10.09.2017 25
Dünən
avtobusda əyləşərkən dayanacaqda qəribə bir hadisənin şahidi oldum.
Sonradan aydın oldu ki, sən demə bir qadın avtobusa çatmayıb, buna görə
də orada dayanan kişinin üstünə qışqırır ki, gördün qaçıram, niyə
avtobusu saxlamadın. Nə yaşından, nə də ətrafdakıların qınayıcı
baxışlarından utanmayan «qadın», «gül» ağzını bir açdı ki, gəl görəsən.
Kişi də onunla sözləşmək istəmədiyindən, əvvəlcə kənara çəkildi. Gördü
yox, qadın dayanmır. O da başladı mübahisəyə ki, sən kimsən mən sənin
üçün avtobus saxlayım, anamsan, bacımsan, nəyimsən?
Bəli, elə bir
söhbət başladı ki, nə Azərbaycan mentalitetinə, nə qadınlıq qüruruna, nə
də kişilik qeyrətinə sığmırdı. Görəsən çox yox, 20 il əvvəl belə hadisə
baş versəydi nə olardı? Yenə də belə həyasızlıqmı olacaqdı?
Abır,
həya… İlk dəfə bu sözü mən uşaq olanda eşitdim. Məclisdən qayıdan nənəm
dedi ki, filankəs lap abrını itirib, həyasızlaşıb. Mənə maraqlı gəldi
ki, görəsən abır nə olan şeydir ki, onu itirirlər. Nənəmdən soruşanda
bunları dedi: «Həya adamın pis söz və davranışlardan utanması və uzaq
dayanmasıdır. İnsan, əsasən də qadın hər zaman öz ləyaqətini, abrını
qorumalıdır». Axırda dedi ki, Allahdan diləyim budur ki, hamını bu
bədbəxtlikdən qorusun. Mən o zaman yenə başa düşə bilmədim ki,
bədbəxtlik bunun harasındadır. Lakin böyüyə-böyüyə nənəm demiş, belə
abırsız insanlar və onların gətirdiyi bədbəxtliklər daha çox qarşıma
çıxmağa başladı. Biri də elə dünən. Nə isə...
Bu gün elə bir zəmanədə
yaşayırıq ki, yad adamlar bir tərəfə, ata-balanı, bacı-qardaşı,
dost-dostu öldürür, var-dövlətini əlindən alır, evindən çıxardır. Elə
bir zəmanədə yaşayırıq ki, insanlar dünyaya övlad gətirməkdən qorxurlar.
Bəs bu aqressivliyə səbəb nədir? Var-dövlət hərisliyimi, azad
respublikada yaşamağımızmı, qərbə inteqrasiyamı, nədir bizi bir-birimizi
incitməyə vadar eləyən, həyat şəraitini çətinləşdirən. Bəlkə bunları
hamısı bir yerdə? Məsələnin dərinliyinə baxanda görürük ki, bütün
problemlərin kökündə əslində abır-həyanı itirməyimiz durur. Çünki həya
fərdi deyil, ictimai bir məsələdir.
Baxın, tək bir nəfər məmurun
həyasızlığı nəticəsində nələr baş verir: Xaliqin bir kəlməsi ilə var
olan torpaqda Onun Evinə yer tapılmır, dünyadakı bütün gözəlliyi bircə
«Ol!» kəlməsi ilə var eləyən Yaradanın çağırışı olan «Azan»ın səsi
batırılır, Onun əmrinin yerinə yetirən insanların başından hicabları
açılır. Bu gün öz biliyindən əlavə, abırı, mərifəti ilə müəllimlərindən
«afərin» almış hicablı qızın əvəzinə, dükandan adicə çörək alanda
kalkulyatorla hesab əməliyyatı aparan, "şortik", «dekolte» geyinən
«gözəli» yüksək maaşla işə götürülür. 20 il əvvəl saçının qabağını
«zayavka» elədiyi üçün dibindən kəsən qardaşın oğlu, bu gün qadınların
çarşabını açır, yerlə sürüyür. Elm üçün Bağdada gedən babanın nəvəsi, bu
gün Azərbaycanın ən saf, ən təmiz insanların timsalında hacı
mövsümləri, vaqifləri, zülfüqarları… tutur.
Gör nə günə qalmışıq ki,
abır-həya geridəqalmışlıq sayılır, belə insanlarla rastlaşdıqda da
deyirlər ki, «rəhmətliyin oğlu, heç elə bil bu dünyanın adamı deyil».
Necə də yanlış təsəvvürdür? Məgər abırlı olmaq bu dünyanın insanına xas
olan bir xüsusiyyət deyilmi?
Axı Yaradan bizi bu dünyaya göndərib ki,
axirətdə əlimizdə azuqə olsun və bunu qazanmağın yollarından biri
həyadır. Yazıqlar haradan bilsin? Dindən elə qaçırlar ki, elə bil oddan
qaçırlar. Elə bilirlər ki, din onların azadlığını əlindən alır.
Ey
azadlığı açıq-saçıq geyimdə, söyüşlərlə olan sözləri əyə-əyə danışmaqda,
ata-anaya cavab qaytarmaqda, içki içməkdə, narkotik çəkmədə görən
biçarə. Azadlığın elə İslamda olduğunu anlayacaqsınız. Amma onda gec
olacaq. Çünki artıq dönüşü olmayan dərin bir bataqlıq girdabına
yuvarlanmış olacaqsınız.
Bir düşün. Sən özünə hörmət eləməsən,
başqası sənə necə hörmət eləyəcək? Əgər səndə sağlam fikir, inanc, həya
duyğusu olmasa, nəfsinə və şeytanın pis təlqinlərinə necə qalib gələ
bilərsən? Unutma ki, Allaha imanı möhkəm olan və həya duyğusunu
itirməyən insan yaxşılıq və gözəlliklərə yönələr, bu dünya onun üçün
cənnətə çevrilər. Əksinə, şeytana məğlub olana isə həyat cəhənnəmə
çevrilər, bugünkü kimi hətta dünyaya uşaq gətirməkdən qorxar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!