Balinaları daha yaxından tanıyaq

Balinaları daha yaxından tanıyaq
Maraqlı məlumatlar
10.09.2017 18
Dəniz donuzu

O, yumru başlı balaca balinadır. 6 növü var. Dəniz donuzları Atlantik və Sakit okeanların sahil sularında yaşayırlar. Balıqlar və kalmalarla qidalanırlar.



Balina  dərində yaşayır

Kaşalot balinası dənizin 1000 metr dərinliyinə enir. Nəhəng kalmarın arxasınca daha dərinə girə bilir.



Balinalar quruya çıxmır

Balinalar bütün ömürlərini dənizdə yaşayır. Ancaq nəfəs almaq üçün arabir suyun üzünə çıxaraq hava udurlar.



Ən böyük balinanın adı

Vaxtilə Yerdə yaşamış məməlilərin ən nəhəngi olan balinanın adı -Göy balinadır. Onun uzunluğu 30 metrdən çox, çəkisi minimum 90 tondur. Bəzilərinin çəkisi bundan iki dəfə çox olur. Nəhəng olduğuna baxmayaraq Göy balina acgöz deyil. O, krillə- xərçəngəoxşar xırda varlıqlarla qidalanır.Göy balina gün ərzində 4 milyona qədər belə varlıqları tutur.



Göy balinanın iştahası

Göy balinanın üst damağında saçaqlı lövhələr asılmışdır. Onlar balina bığları adlanır. Balina xərçəngəoxşar canlıları - planktonları su ilə birlikdə sorur. Sonra dili ilə suyu bığları vasitəsilə kənar edir, su ağzının yanlarından axıb gedir. Ona isə ağzında qalmış plaktonları udmaq qalır.



Göy balinanın balası

Göy balinanın balası 7 metr uzunluğunda doğulur. Heyvanlar aləmində bu ən iri doğulandır. Onun çəkisi təxminən 8 ton - yaşlı fildən çox olur.



Qozbel balinalar oxuyur

Bu balinalar saatlarla yüksək tonlu fitdən tutmuş uğultuyadək səslər çıxarırlar. Qozbel balinanın nə oxuduğunu heç kəs bilmir. Bəlkə də o, öz dişisinə serenada oxuyur, yaxud digər balinalarla danışır.



Balanın doğulması

Balinanın balası doğularkən anasının bətnindən suda doğulmasın deyə quyruğu irəlidə gəlir. Başı görünən kimi anası və yaxınlıqda olan dişilər onu suyun üstünə qaldırırlar ki, ilk nəfəsi alsın.



Narval nədir?

Narval- delfinlərin dənizdə yaşayan məməlilər ( təkbuynuz ) ailəsidir. Erkəklərdə ancaq sol buynuz inkişaf edib. Üst çənədə 3 m uzunluğadək uzanan buynuz rəqiblə mübarizədə əvəzsiz silahdır.



Balinanın sürəti

Göy balina adətən 8 km/ sürətlə hərəkət edir. Lakin narahat vaxtı 30 km/ s sürətlə üzə bilir. Bəzi kiçik balinalar, məsələn, balina-pilotlar və delfinlər 50 km/ s sürətlə üzə bilir.


 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!