Azərbaycanda toy adətləri - bayramlıq, danışığagəlmə

Azərbaycanda toy adətləri - bayramlıq, danışığagəlmə
Maraqlı məlumatlar
10.09.2017 32
Bayramlıq - Bayram xonçası

Toya qədər bütün bayramlarda qız evinə bayramlıq gətirərlər. Bunlardan ən maraqlısı Novruz bayramında gəlir. Bu bayrama oğlan evi həvəslə hazırlaşır. Ya axır çərşənbədə, ya da bayram axşamında gəlinə bayramlıq gətirərlər. Gətirilən hədiyələrdə qıza qırmızı rəngli paltar, yaylıq və bir zinət əşyası da olar. Əlavə olaraq qız evinə başına xına qoyulmuş buynuzlu qoç da gətirilir.



Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz-fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirilir. Burada müxtəlif bölgələrin adətlərinə əsasən müəyyən fərqlər də vardır. Misal üçün, cənub bölgəsində bayram xonçasında gəlin üçün mütləq balıq aparılır. Balığın burnuna qızıl üzük taxılır. Gəlinin başına, əlinə, ayağına bayram gecəsi xına yaxılır.



Danışığagəlmə

Oğlan evi toya hazır olduqda qız evinə bu barədə danışığa gələcəyi haqda xəbər göndərir. Danışıqda oğlan evi tərəfindən əsasən kişilər iştirak edirlər. Qız tərəfdən isə qız atası və məslənət bilinən qohumlar olur. Hər iki tərəfdən qadınlar iştirak etsələr də qadınlar lazım olan anda söhbətə qoşulurlar. Zaman keşdikcə bu adət birgə məsləhətləşməyə cevrilmişdir.



Danışıqda toy günü təyin olunur və toyun musiqiçiləri müəyyənləşir. Toyun xərcini oğlan evi çəkir. Bəzi hallarda qız evi imkanlı olduqda bu xərcdən imtina edir və ya xərci birgə çəkirlər. Toy razılığı istənilən halda bir görüşdə həll edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!