Azərbaycanda toy adətləri - kəmər

Azərbaycanda toy adətləri - kəmər
Maraqlı məlumatlar
10.09.2017 13
Kəmər

"Belbağ, qayışı" mənasındadır



Vaxtilə gəlinlik paltarında mühüm əhəmiyyət kəsb edib, ərə verilən gəlin qıza ata-anası tərəfindən cehiz əşyalarından biri tək bağışlanan belbağının adı. Onsuz qız köçürmək, bir adət olaraq, qeyrətsizlik hesab olunurdu. Onu qızın belinə, qayda üzrə, dədəsi taxırdı.



Sonralar bir para yerlərin adətənənəsinə görə, böyük nişantaxdı toyu mərasimində oğlan evinin qız üçün apardığı və gəlinapardı toyu günü gəlin qızın belinə taxılan "belbağı" da bu adı daşıdı.



Uzun dəri qayış və ya qırmızı məxmər zolağın üzərinə tikilmiş üç sıra gümüş və ya qızıl pullardan ibarət olan bu belbağının (ona xalq arasında "sikkəkəmər" və ya "kəsmə kəmər" deyilir) aşağı sırasındakı pullarına bəzən qısa və nazik qarmaqlardan gümüş "abbasüıq", yaxud xırda qəpik-quruş asılır ki, qadın yeridikdə və ya rəqs etdikdə cingildəsinlər. Bu növ belbağınm özünəməxsus biçimli toqqası da olur.



Varlı ailələrdə isə o, zərgərlər tərəfindən büsbütün qızıl və ya gümüşdən hazırlanaraq "girvənkə toqqa" (Abşeron) və ya "suvalaq toqqa" adlanırdı. Bu cür belbağılar yalnız ərli qadınlara məxsus olub onların ailə vəziyyətini əks etdirən əlamət olmuşdur, subay qızlar onu əsla taxa bilməzdilər.



Xalqımızın əqidəsincə, bu xüsusi məna kəsb edən belbağı qeyri-adi gizli qüvvə, sehr-ovsunla bağlı olub hər qadının ana bətnini bədxah qüvvələrdən hifz edən rəmzi bir vasitə, etibarlı bir sipər olmuşdur. Onun üzərindəki metal əşyalar və onların cingiltisi, inama görə, cin-şəyatin və s. şər ruhları qorxuya salıb qadından uzaqlaşdırırmış.



Bəydurma mərasimində bəy oğlanın arxalıq üstündən taxdığı belbağı da belə adlanır. O, qadın belbağısmdan fərqli olaraq, üzəri metal əşyalarla bəzənmiş ensiz və uzun dəri zolağdan ibarət olub, adətən "çillik toqqa" adlanırdı. Bu belbağıdan, adətən, xüsusi dəridən və ya parçadan tikilmiş tütün və qov-çaxmaqdaşı kisələri, pul torbası, xəncər-bıçaq və s. asılırdı.



Keçmişdə varlı ailələrdə bəy oğlan belinə gümüş "təkbənd" (bir vaxtlar təkbənd bağlamayan kişini saymazdılar) ilə yanaşı, ipək və keçə qurşaq sarıyır, kasıblar isə adi qayışla kifayətlənirdilər. Bəzən isə bu qayışı bir parça qurşaq əvəz edirdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!