Azərbaycanda toy adətləri - simvolik toy oğurluğu

Azərbaycanda toy adətləri - simvolik toy oğurluğu
Maraqlı məlumatlar
10.09.2017 11
Simvolik toy oğurluğu

Toyu şənlikiərinin üçüncü günü, gəlinapardı toyu mərasimi zamanı, qədim adət-ənənəyə uyğun olaraq, oğlan evi adamlarının, xüsusilə oğlan yengəsinin 208 xəlvəti qızgilin əşyalarından götürməsi. Burada ələ bir şey düşməzsə, heç olmasa divardan bir mismar çıxarılır, yaxud ocaqdan bir çimdik kül aparılır.



Bir para yerlərdə oğlan evi qızgildən ancaq bir xoruz və bir çıraq, yaxud lampa "oğurlamağa" çaiışır.



Erkən çağlar cehiz aparılan zaman icra oiunan bu adət, sən demə, cehizin bir daha qızın dədəsi evinə qayıtmaması üçünmüş. Xalqımızm əqidəsincə, yola çıxanın çantasından, yaxud ev-eşikdən sahibinin xəbəri olmadan xəlvəti bir əşya aparılarsa, o bir daha həmin yerə qayıtmaz. Odur ki, gəlin qızın dədəsi evindən gizlicə götürülmüş hər bir şey qızın özünə çatır və sonralar onu təzəgəlinə qaytardıqda əvəzində xələt almaq mümkündür.



Qız tərəf bunu yaxşı bildiyi üçün, oğlan adamları lap zarafatla da olsa, evdən bir şey aparmasınlar deyə, toy günü göz qabağında "oğurlanmalı" əşya qoymur.



Bəzən, oğlan yengəsi bir şey aparmasın deyə, qızın anası sinidə bir stəkan şərbəti qaşığı ilə bərabər onun qabağına tutur. Yengə şərbəti içərək stəkanı və qaşığı cibinə qoyur, sinini isə çadrasının altına basır. Bunlara baxmayaraq, yenə fürsət düşərsə, oğlan yengəsi xalça-palaz, qazan və bu kimi şeyləri də xəlvəti götürüb apara bilər.



Bəzən isə, qızın ata-anası gəlini aparmağa gələnləri qabaqcadan xəbərdar edərək: "arxayın olun, biz qızımızı çörəklə yola salırıq" deyə, övladlarını xeyirlik adlanan bir çörək altından keçirib çörəyi ona verirlər. Bu da qızın bir daha geri dönməməsi və toydan sonra bir müddət "ata çörəyi" ilə qidalanması üçündür.



Bəzi yerlərdə qızın anası çörək əvəzinə gəlinə bir çimdik ocaq külü verir. Bütün bunlara baxmayaraq, toy alayı oğlan evinə tərəf yönələn kimi, qız evindən "oğurlanmış" əşyalar ətrafdakılara göstərilir.



Bu özünəməxsus adətin başqa adları "şeyoğurluğu", "xəspuşluq", "xəkrizdəmə" (Ağdam, Füzuli, Şuşa, Tərtər), "çıpıtma" (Laçın, Cəbrayıl), "xırsızlıq", "sirqət"dir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!