Azərbaycanda toy adətləri - üzəçıxdı, üçgünlük

Azərbaycanda toy adətləri - üzəçıxdı, üçgünlük
Maraqlı məlumatlar
10.09.2017 67
Üzəçıxdı

Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan üç gün sonra qayınana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırırlar. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.



Üçgünlük

Masallı, Lənkəran və Sabirabad bölgələrində gəlingətirdi toyundan üç gün sonra çağırılan üzəçıxdı toyuna verilən ad.



Bu gün təzəgəlinin doğma bacıları və bacılığı onun yanına gəlib üçüncü günün anapayısını və dədəsi evində ayaqqabıdan başqa nə qalıbsa, hamısını yığıb ona gətirirlər. Təzəgəlinlə hal-əhval tutub onun anasına xəbər aparırlar.



Qubada bunu "üzə çıxdı", Ağdamda isə "üçgünlük" və ya "duvaq alma" adlandırırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!