Azərbaycanda toy adətləri - təzəgəlin, gəlinin qırxgünlüyü

Azərbaycanda toy adətləri - təzəgəlin, gəlinin qırxgünlüyü
Maraqlı məlumatlar
10.09.2017 23
Təzəgəlin

Toy mərasimi zamanı ər evinə gətirilib arzu-kamına çatmış və bəy oğlanla ailə qurmuş nişanlı qıza toydan bir az sonra üzəçıxdı toyu zamanı veriiən ad. O, bu adı ilk övladı olana kimi daşımalıdır.



Ötən çağlarda yurdumuzun bəzi yerlərində ona, adətən, "novərus" demişlər. Bu deyimin "tazəgəlin" tələffüz şəkli də var.



Gəlinin qırxgünlüyü


Toydan sonra təzəgəlini gözlə görünən və görünməyən bədxah qüvvələrdən və pis nəzərdən xüsusi qayğı ilə qorumağı tələb edən qırx günlük müddət.



Dədə-baba adətincə, bu müddət ərzində sonsuz gəlin, uşaqları bir-birinin ardmca ölmüş "həmzatlı arvad", qırxı çıxmamış zahı, yas saxlayan qadın və toyu onunla bir gecədə çaldırılmış gəlin qız təzəgəlininlə üz-üzə gəlməməlidirlər. Bu vaxt ərzində o, toy, yas və digər məclislərə getməməlidir, əks təqdirdə gəlin başqasmın "çillə"smə düşə bilər.



Əski inama görə o, həmçinin ölü, heyvan, axar su, köklü ağac, daş-qaya, yeddi yolayrıcı və s.-dən də çilləyə düçar ola bilər. Odur ki, bu qırxgünlük "çillə" ərzində təzəgəlin özünü hər vəchlə gözləməli, hava qaralandan sonra eşiyə, çölə tək buraxılmamalı, onun tutulmuş dırnaqları və baş tükü yeddi dəfə suya çəkilib əskiyə bükülərək torpağa basdırılmalıdır. Bu tövsiyələrə nəzarət və riayət etmək oğlan yengəsinə tapşırılır.



Qırx gündən sonra, həmçinin Novruz bayramı günü, təzəğəlinin qayınanası onu axar sular kənarına aparıb "çilləsini kəsir", sonra qolundan tutub su üzərindən üç dəfə adladır. Bu zaman təzəgəlin "dərd-azarımı verdim məni istəmiyənlərə" deməlidir. Adət daha çox Astara bölgəsi üçün səciyyəvidir. Digər yerlərdə ona "gəlinin çilləsi", "çillə" deyilir ki, bu da elə "qırx gün" deməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!