Nəyə görə əsnədiyinizi bilirsinizmi?

Nəyə görə əsnədiyinizi bilirsinizmi?
Maraqlı məlumatlar
10.09.2017 16
İnsanın beynini tədqiq edən Nyu-yorkdakı Binghamton Universitetinin alimi Endryu Qəllop belə bir nəticəyə gəlib: "İnsan ona görə əsnəyir ki, onun beyni qızır”. "Beyni qızmaq” Azərbaycan dilində bir qədər başqa məna daşıyır. Amma Qəllopun "qızmar beyin” məhfumu sadəcə beyin toxumalarının fiziki hərarətinin dəyişməsini nəzərdə tutur.



Bu haqda xəbər verən Discovery.com saytı beynin fəaliyyətini komputerlərin hard diskinə bənzədir və yazır ki, gərginlik keçirən insan beyninin hərarəti qalxır. Onu sərinləşdirmək üçün isə insan başlayır əsnəməyə-sərin havani kəllə qutusunun ənginliyinə sovurmağa. Beynin hərarətini ən çox qaldıran isə yuxusuzluqdur. Ona görə də yuxusuzluqdan sonra insanın çənəsi az qalır yerindən çıxsın.



Əsnəmək, gülmək qədər keçicidir. Aparılan araşdırmalar əsnəyən birisini görən insanların 50%nin 5 dəqiqə içərisində eyni hərəkəti təkrarladığını göstərmişdir. Bu haqda nə isə məlumat oxumaq da sizi əsnədə bilər. Bəlkə də çoxdan əsnədiniz belə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!