Gülməli statuslar

Gülməli statuslar
Maraqlı məlumatlar
10.09.2017 75
Sırf qızlarla yaxın olmaq üçün qız profilləri açan "qaqaş" — sənin gələcəyin parlaqdı =))
Metroda mesaj yazanda telefonun içinə girən adamlara telefonu uzadıb — "götür sən yaz" deməyim gəlir.
İki qadının qeybət eləməsi üçün bir-birini tanıması lazım deyil — yan-yana oturmaları bəsdi.
-oğlan: Ən böyük xəyalın nədir??
+qız: Yağışda sevgilimə sarılıb islanmaq.. bəs sənin??
-oğlan: Magistraturaya girmək

Bütün qohum əqrabaların yanında: "Həəə, guya sənin sevgilin yoxdu daa, 100% gözaltı elədiyin biri var" deyə-deyə gülən yaşlı xalaları boğmağım gəlir =))
 Təcili qan lazımdı!
İmza: Ağcaqanaq və onun məhlə uşaqları.
İndiki dövrdə saf sevgi tapmaq, Ulduz stansiyasında adam tapmaq kimi birşeydi :))
Ər: muştuluğumu ver həyatım, deyirdinee bahalı evdə qalaq, axır ki, arzuna çatdın!
Arvad: aaa həyatım, köçürük??
Ər: yoxee, ev sahibi ev kirəsini qaldırdı =))
Çirkin oğlanın yanında gözəl qız görmək, təbiətin bizə — "armudun yaxşısın ayılar yeyər" demək formasıdı =))
Dünən məşhur futbolçu David Beckham oyundan sonrakı ənənəvi avtoqraf paylamada təsadüfən Gəncənin "Kəpəz" klubu ilə 3 illik müqavilə imzalamışdır =))
-9 yaşlı qız Facebook'da statusuna yazıb ki "oğlanlara heç inam yoxdueeeee!"
-Ussssss, caaaaaan ölərəm elə, nədi oğlan şirin pambıq söz verdi almadı? =))
İmtahana hazırlaşmağın bir yaxşı cəhəti var:
maqazinə göndərmilər, zibili atmağa göndərmilər... oxu, oxu dərsivi oxu =)))
Heçnədən xəbəri olmayan saf uşağın istəyi:
-ALLAHım, atamın kompyuterindəki kasıb qızlara paltar göndər =))
Sevgilim "Səninlə qoyun qoyuna yatmaq istəyirəm" dedi, yapışdırdım şilləni)))
özünə QOYUN deyə bilər, ama mənə əsla =)))
Sizə "Universitetə gir, məsələn, filan şey alacam..". deyildikdə.. indiyənə kimi dedikləri sözə əməl ediblər??? yoxsa???
Dərsin sonuna 1 dəqiqə qalmış müəllimin "sualınız var?" cümləsinə "var" deyən insan xaindir =))
Evdə öskürməyinlə, Ananın "dur əyninə paltar geyin" sözü arasındakı sürətə — işiq sürəti deyirlər, işiq sürəti =))
Köhnə sevgilim mənim acığıma yeni sevgilisi ilə qucaqlaşdığı şəkli mənə göndərdi, mən də atasına.
Nətər eləmişəm ? :)))
Bir gün Mamed pəncərədən çölə çıxır.
Qonşusu soruşur: Ay Mamed, niyə pəncərədən düşürsən??
Mamed: Həkim diyib ki, 1 həftə qapıdan çölə çıxma =)))
Kartof belə bəzi insanlardan qürurludu — ən azından o, qızarmağı bacarır.
Bu həyatda 3 şeydən qorxmaq lazımdı:
1. Durduq yerə sms yazan köhnə sevgilidən.
2. "Drujba" göndərən qohumlardan.
3. Mamanın damaşnikindən.
Məktəbdə gələn kamisyanın adını eşidib, üzün görməyən var məndən başqa?? =))
Elə bir zəmanədə yaşayırıq ki, oğlanlar 'şayam', qızlar da 'ala' yazır.
Yalnız Azərbaycanda "ceyran" sözü 3 məna verir:
1. Əsl mənası
2. Gözəl xanım
3. Peredoklu 07 (nol yeddi)
Uşaq vaxtı velosipedin olanda dostların məşhur ifadəsi:
"Ver, bir kruq sürüm dəəə" =))скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!