Qəddafini öldürən əsgərin şeiri

Qəddafini öldürən əsgərin şeiri
Maraqlı məlumatlar
10.09.2017 22
Ramazan Cəbrayılın peşmançılığı Ulu Tanrı, vulkan püskürt üzüməYanım, kül olum, yox olumBir ağac kimi unudulum...Rəhm itmişdi əllərimdənTətiyi çəkən barmaqlarımdanÜrəyim ölmüşdü çoxdanAvtomat ürəyə ziyandı axıCibimiz dolu güllə, çantamız dolu konservHəə, ürək bomboş idiİndi nə edim o telefonuKimə zəng vurum?Kim telefon açar bir qatilə?Əzrayıl belə zəng etməz mənəUşaq ikən görmüşdüm onuMəktəbimizə gəlmişdi“Liviya, Liviya” şeirini oxumuşdumMəni qucağına almışdıÖpüb qoxlamışdı“Oğlum” demişdi mənəİllər sonra tanımamışdıİnanmamışdı oğlunun qatilliyinəNecə inanaydı o məsum uşağınLiviya tarixini gülləyəcəyinəMükafatım telefon olduNəsibim rəzillikRəzillərin ən böyük dərdi:Nəyə yarar telefon rəzillikdəKaş elə o günO şeiri dediyim andaÖldürərdin məniBir əksinqilabçı kimiBir qatil kimiXain şahzadə kimiƏllərimi kəsərdin oğru kimiSənə tətik çəkən əllərimiDərdimi necə ovudum?Araq da qadağandı artıq burdaBütün ağrı kəsən şeylər kimiAta, bəlkə qayıdasan?Atasan bütün yankiləri Aralıq dənizinəİnqilabın qırmızı söyüşlərini deyəsənİmperalistlərin üzünə
Ərəb dilinin Məğrib ləhcəsindən Qan Turalı çevirdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!