İstərdim

İstərdim
Maraqlı məlumatlar
10.09.2017 92
Dəniz olmaq istərdim - dərdli gecələrin şahidi olub susqun olmaq üçün...

Çoban yastığı olmaq istərdim - sevən hər kəs ləçəklərimi yolduqda sonda SEVİR olmaq üçün...

Pis yuxu görmək istərdim - oyandıqda :" oh yuxu imiş " demək üçün...

Cizgi film olmaq istərdim - başına nə gəlir gəlsin sonda sağ-salamat qalmaq üçün...


Ayrılıq olmaq istərdim - bir-birlərin dəyərini bilməyənləri cəzalandırmaq üçün...

 
Kəpənək olmaq istərdim - yaşadığı 24 saatı çiçəklərlə keçirdiyi üçün...

 Ruh olmaq istərdim - ruhun yoxsa cismin daha çox əzab çəkdiyini bilmək üçün...

 Sehirli boyaları olan rəssam olmaq istərdim - dünyanı gözəlliklərlə təsvir edib gerçəkləşdirmək üçün...

Tərəzi olmaq istərdim - heç kimin bir-birinə kələk gəlməməsi üçün...

Delete olmaq istərdim - yaddaşımdakı lazımsız görüntüləri silmək üçün...

[b][/b]
                                      Azan səsi olmaq istərdim - şeytanın yoldaşı olan bəzi insanların daxilindəki iblisə əzab vermək üçün...

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!