Fərqinə varmalı insan

Fərqinə varmalı insan
Maraqlı məlumatlar
10.09.2017 18
Fərqinə varmalı insan. Fərqin fərqinə varmalı, fərqinə vardıqlarını da bildirməməli bəzən...
Bir damla sudan necə yaradıldığını fərq etməli. Ana qarnına sığarkən dünyaya niyə sığmadığını və ən sonunda dar qəbirə necə sığmaq məcburiyyətində qalacağını fərq etməli. Bu çox geniş görünən dünyanın, axirətə nisbətlə ana qarnı kimi olduğunu fərq etməli.
Hələ körpəykən «Dünya mənim! „-deyirmiş kimi ovuclarının sıx bağlı olduğunu, ölərkən də eyni ovucların "Hər şeyi buraxıb gedirəm daha! „deyirmiş kimi açıq qaldığını fərq etməli. Və kəfənin cibi olmadığını da fərq etməli.
Əzraillin hər an sürpriz edə biləcəyini, necə yaşasa elə öləcəyini fərq etməli insan. Heyvanların yolda, səkidə, zibillikdə, amma özünün gözəl hazırlanmış mükəlləf bir süfrədə yemək yediyini fərq etməli. Yaradılmışların ən gözəli olduğunu fərq etməli və ona görə yaşamalı.
Gülün çox yaxınlığındakı tikanı, tikana da çox yaxın olan gülü fərq etməli.
Evində pişik, it bəslədiyi halda uşaq sahibi olmaqdan qorxmanın məntiqsizliyini fərq etməli.
Həyat yoldaşına "Səni çox sevirəm» deməyin xoşbəxtlik yolundakı möhtəşəm gücünü fərq etməli.
Şkafında asılı 25 köynəyinin yalnız üçünü geydiyini, amma arxa küçədəki qonşusunun o bəyənilməyən köynəklərə möhtac olduğunu fərq etməli.
Zənginliyin və bərəkətin süfrədəykən qarşısında yığılan çörək qırıntılarını yeməkdə gizləndiyini fərq etməli.
Anasından doğularkən tərtəmiz təslim aldığı gırtlağını və həddindən artıq qidalanma səbəbindən sallanan göbəyini fərq etməli.
Fərq etməliyik çox gec olmadan ...
Ömür dediyin üç gündür, dünən gəldi keçdi sabah məchuldur. O halda ömür dediyin bir gündür, o da bu gündür!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!