Ümid (çox maraqlıdır)

Ümid (çox maraqlıdır)
Maraqlı məlumatlar
10.09.2017 52
Qaranlıq bir otaqda 4 şam sakitcə yanırdı.
Otaqda səssizlik olduğu üçün şamların pıçıltısı aydınca eşidilirdi. Qapının arxasında dayanan uşaq diqqətlə onların söhbətinə qulaq asırdı.
Birinci şam "Mən sülhəm, ancaq heç kim mənim yanmağıma kömək etmək istəmir. Nə qədər yanmaq istəsəmdə, bilirəm ki, sönəcəyəm" dedi və söndü.
İkinci şam "Mən səmimiyyətəm, ancaq heç kim bir-birinə qarşı səmimi olmur. Mənimdə yanmağımın artıq mənası qalmadı" - deyərək söndü və qaranlığa qərq oldu.
Üçüncü şam "Mən sevgiyəm, ancaq insanlar məni özlərindən uzaqlaşdırmağa çalışırlar.Onlar artıq öz yaxınlarınıda sevmirlər" - deyərək bir göz qırpımında söndü.
Pıçıltıların kəsildiyini eşidən uşaq içəri girdi. Sönmüş şamlara baxaraq hönkür-hönkür ağlamağa başladı.
Dördüncü şam uşağa təskinlik verərək, "Qorxma nə qədər ki, mən yanıram heç bir şam sönə bilməz. Çünki mən ümidəm" -dedi.
Gözləri parıldayan uşaq şamı götürərək o biri şamları yandırdı.
İçinizdəki ümid şamını söndürməyin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!