“Deyəsən, bu gün də seks olmayacaq”

“Deyəsən, bu gün də seks olmayacaq”
Maraqlı məlumatlar
10.09.2017 64
Qadınların ədəbi paranoyalarından biri – kişilərin onları özlərinə görə yox, seksual ehtiyaclarına görə sevdiklərini zənn etmələridir. Onlar qarşı cinsin sevgisinə daima şübhə ilə yanaşır, onları çətin "sınaqlar”dan keçirməkdən əl çəkmirlər. Oxuculara adme.ru saytının Maksim Baxtin adlı müəllifinin bu mövzuda yazdığı ironik yazını təqdim edir:
Deyəsən, seks olmayacaq

Mən heç vaxt kişilərin seksual davranışları ilə qadınların seksual davranışları arasındakı fərqi başa düşməyə çalışmamışam. Eləcə də heç vaxt Marsla Veneranın bir birinə necə təsir etdiyini başa düşməyə səy göstərməmişəm. "Niyə qadınlar ürəyi, kişilərsə başlarıyla düşünür?” – sualına da cavab tapmağa çalışmamışam. Amma!
Sevgilimlə keçən gecələrin birində yatağa uzandıq. Mənim istəklərim getdikcə "qızışmağa” başlayır, elə bu an sevgilim: "Deyəsən, mən istəmirəm! Mən sadəcə istəyirəm ki, biz yanaşı uzanaq və məni sığallayasan”, - dedi. Mənsə: "Nə? Əzizim, bu nədir danışırsan?”, - təəccüblə soruşdum.  Və bu an o, bu dünyada kişilərin eşitməkdən qorxduğu: "Mən sənə ancaq fiziki və seksual ehtiyaclarını ödəmək üçün lazımam? Hansı hislər keçirdiyimi, hansı emosional ehtiyaclarımın olduğuna əhəmiyyət vermirsən”, -  sözlərini dedi. Donuq üzümə baxıb əlavə də elədi: "Sən məni yatağımızda nə baş verməyindən asılı olmayaraq, yəni özüm kimi sevə bilməzsənmi?”. Susdum, bu gecə seksin olmayacağını anladım və üzümü çevirib yatdım.
Səhəri gün işdən icazə alıb sevgilimlə birgə vaxt keçirməyə qərar verdim. Səhər yeməyi yedik, sonra həddən artıq böyük bir alış-veriş mərkəzinə getdik. Burda hər şey tapmaq olardı. Sevgilim bir bölmədən başqasına keçir, bir paltarı çıxarıb başqasını geyinib yoxlayır, mənsə sakitcə onu izləyirdim. O, heç cür hansı paltarın ona daha yaxşı yaraşdığını müəyyən edə bilmirdi, məndən birini seçməyimi istəyəndə: "Hamısını götür”, - dedim. O, yeni aldığı paltarlara uyğun ayaqqabı da seçdi, yenə: "Hansı xoşuna gəlir götür”, - dedim. Sonra zərgərlik bölməsinə keçdik, o, brilyant sırğa seçdi. Demək istəyirəm...qısası, o, baş verənlərdən dəli olmuşdu. Yəqin elə düşünürdü ki, dünənki söhbət məndə ciddi təsir edib və mən münasibətlərimizi korlamaq üçün onun hər istədiyini etməyə qərar vermişəm. Deyəsən, o, hətta məni yoxlamaq qərarına da gəlib tennis paketkası da aldı, oynamağı bacarmasa da. Onun üzündə seksual həzzin pik nöqtəsinə çatmış kimi ifadə vardı. Nəhayət, gülərək: "Yəqin ki bu qədər bəsdir, gedək kassaya”, - dedi. Bayaqdan gözlədiyim an gəlmişdi və mən: "Əzizim, deyəsən mən istəmirəm!”, - dedim. Sevgilimin üzündəki ifadə dəyişdi və titrək səslə "Nə?” deyə soruşdu.
"Əzizim! Mən istəyirəm ki, sən bunları ancaq əlində saxlayasan. Bu qədər. Mənə elə gəlir ki, mənim maliyyə imkanlarım sənin vecinə deyil, səni ancaq ehtiyacların maraqlandırır” – deyəndə onun məni öldürməyə hazır olduğunu gördüm və davam etdim: "Məni özümə görə yox, sənə aldığım əşyalara görə sevirsən məgər?”.

Mənə elə gəlir ki, bu gün də seks olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!