Tarixin uğursuz proqnozları

Tarixin uğursuz proqnozları
Maraqlı məlumatlar
10.09.2017 16
London Kral Cəmiyyətinin rəhbəri Uilyams Tomson 1895-ci ildə elan edir ki, havadan ağır olan cihazların uçması mümkün deyil. Rayt qardaşlarının "Flayer-1” təyyarəsində uçmasına isə cəmi 8 il qalmışdı
Paris Elmlər Akademiyası isə 1772-ci ildə meteroitlərin müşahidə edilməsi  haqqında məlumatlardan təngə gələrək belə bir bəyanat verir: Göydən daş düşə bilməz. Göydə daş nə gəzir axı?
1873-cü ildə kraliça Viktoriyanın baş cərrahı Con Erik Erikson belə bir fikir yürüdür: Müdrik və humanist cərrah heç vaxt pasientin beynində, sinəsində və qarnında əməliyyat həyata keçirməz.
1921-ci ildə "The New York Times” qəzetində professor Robert Qoddarda lağ edən bir məqalə çap olunur. Qəzet raketlərin hazırlanması ilə məşğul olan professoru ələ salaraq bunun mümkünsüzlüyünü bəyan edirdi. Buna baxmayaraq 1926-cı ildə  professor dünyada ilk dəfə maye yanacaqla işləyən raketi işə salır. 1957-ci ildə isə raketdən ilk sputnik fəzaya buraxılır. 1961-ci ildə isə Qaqarin kosmosa uçan ilk insan olur. 1969-cu ildə insan övladının ilk dəfə  Aya enməsinə bir neçə gün qalmış "The New York Times” qəzetinin redaksiyası o zaman həqiqəti söyləmədiyini bəyan edir.
1962-ci ildə 4 liverpullu gitaraçının yaratdığı qrupun mahnılarını dinləyən "Decca Records” səsyazma kompaniyasının rəhbərliyi bir ay çəkən məşvərətdən sonra qrupun prodüseri Epstayna bildirir ki, gitara səsini bəyənməyiblər. Və izah edir ki, gitara dünənin alətidir.
Edvin Dreyk 1857-ci ildə işlədiyi şirkətə gəlib neft laylarına çatmaq üçün yeri deşməyi təklif edir. Şirkətdə hamı onu dəli hesab  edir. Lakin bir il sonra bu üsulla dünyada ilk dəfə neft quyusu qazılır.
David Sarnov ilk dəfə hələ 14 aprel 1912-ci ildə "Titanik”in qəzaya uğraması haqqında radioteleqrammanı qəbul edərkən tarixə düşmüşdü. Bir neçə il sonra isə o öz iş əməkdaşlarına  radio stansiya yaratmaq təklifi edəndə ona gülürlər və bunun kommersiya dəyərinin olmadığını bildirirlər. Nəticədə Sarnov NBC şirkətin yaradaraq ABŞ-da əvvəlcə ağ-qara, daha sonra rəngli televerilişlər hazırlayan şirkətə çevrilir.
1943-cü ildə İBM şirkətinin direktoru Tomas Vatson qorxa-qorxa bəyan edir ki, kompaniya dünya bazarına yalnız beş kompüter çıxara bilər. Lakin altı il sonra "Popular Mechanics” jurnalı uzaqgörənlik edərək bildirir ki, gələcəkdə kompüterlərin çəkisi ton yarımdan artıq olmayacaq.
İBM şirkəti 1982-ci ildə belə hesab edirdi ki, Microsoft şirkəti üçün 100 milyon dollar çox böyük qiymətdir. (Microsoft İNC. şirkətinin 2011-ci ilin iyun ayında bazar qiyməti 201.59 milyard dollar təşkil edib.)
Orası da var ki, Elə Bill Qeytsin özü də o vaxtlar belə hesab edirdi ki, 640 KB operativ yaddaş kompüter üçün bəs edər. Yaxşı ki, Bill Qeyts 1977-ci ildə "Heç kəsə evdə kompüter gərək deyil ” deyən "Digital Equipment Corp.” şirkətinin prezidentinin sözünə qulaq asmayıb. Yoxsa nə bu sətirlər olardı, nə də siz bunu oxuyardınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!