Milli Qəhrəman Mübariz İbrahimov

Milli Qəhrəman Mübariz İbrahimov
Maraqlı məlumatlar
10.09.2017 741
Milli Qəhrəman Mübariz İbrahimov  1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açmışdı.  2005-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdı. Əsgəri xidmətini Daxili Qoşunların "N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirmişdi. Həqiqi hərbi xidmətini 2007-ci ildə  çavuş rütbəsində başa vurmuşdu.
Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı  kənddə hamı onun bu arzusundan xəbərdar idi.  Mübarizin amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi. Ona görə də 2009-cu ilin avqust ayında hərbi xidmətə yollandı və bütün döyüş silahlarının dilini öyrəndi. Bu dəfə artıq gizir kimi Tərtər rayonunun N  hərbi hissəsində xidmət keçməyə başladı.
Onda Mübarizin  22 yaşı var idi.  Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq  o, başqa yol seçdi. 2010-cu il iyunun 19-da gecə saatlarında  gizir Mübariz İbrahimov qoşunların təmas xəttini keçərək ilk həmlədə Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etdi. Sonra isə ermənilərin öz silahları ilə düz 6 saat onlarla təkbətək döyüşdü. Düşmən  ağır itki verdi. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak oldu.
Mübariz İbrahimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Biləsuvar rayonundakı liseylərdən biri  və böyük bir küçə Milli Qəhrəmanın  adını daşıyır.
Mübariz İbrahimov ölümündən qabaq ata-anasına  bu məzmunda məktub yazmışdı: "Canım Atam və Anam... məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allah xatirinə bunu eləməliyəm, ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim”.
Mübariz İbrahimovun qəhrəmanlığı bütün Azərbaycan gəncləri üçün örnəkdir. Onun müəllimləri öz şagirdləri ilə  fəxr edirlər. Təkcə onlar yox, böyükdən  kiçiyə qədər hər bir azərbaycanlı onunla fəxr edir.  Mübariz Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını qanı ilə yazıb.

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!