500-2500 manata kiçik qız uşaqları satılır

500-2500 manata kiçik qız uşaqları satılır
Maraqlı məlumatlar
10.09.2017 38
Türkiyədə "uşaq gəlinlərin" taleyi dəyişmir ki, dəyişmir. Bu haqda xəbərlərdə faciəli süjetlər yayımlansa da, polis bölməsinə şikayət ərizəsi ilə müraciət edənlər olsa da, kiçik yaşlarında ana olan "uşaqlar" tapılsa da, hələ ki, bu "adətin" qarşısında dura biləcək bir divar hörülmür.
Qonşu ölkənin Çorum, Amasiya, Yozqat, Tokat, Çankırı bölgələrində evlənə bilməyən, yaşı ötmüş və ya dul qalmış yaşlı kişilərlə kiçik qızların evləndirilməsi adi haldır. Şahidlərin sözlərinə görə, hətta bu ticarət şəklini alıb. "Makler" deyə bildiyimiz insanlar əsasən əmlak alqı-satqısı zamanı alıcıların və ya satıcıların işinə yarayır. Ancaq bu halda vəziyyət əksinədir. Bu bölgələri yaxşı tanıyan "maklerlər" hansı evdə neçə yaşlı, necə qız yaşadığını beş barmağı kimi əzbər bilir.
Evlənmək istəyən kişilər kəndə "təşrif buyururlar". Kənd qızları onların qarşısında düzülürlər. Kişi qızlardan birini seçdikdən sonra bazar başlayır. Onun qiymətində razılığa gəlinir (500-2500 manat arası) və qız gəlin olur. Sonra da uşaqlığın dadını çıxarmadan, uşaqlıq nədir bilmədən özü uşaq dünyaya gətirir. Üstəlik, uşağının qız olmaması üçün gecə-gündüz Allaha yalvarır. Axı əks halda, o da anasının taleyini yaşamağa məhkum olunacaq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!