Birini “cəzalandırmaq” istərkən...

Birini “cəzalandırmaq” istərkən...
Maraqlı məlumatlar
10.09.2017 49
Birini "cəzalandırmaq" istərkən...
Bu həyatda qəlbini qiranlar çoxmu oldu?
Dostluğuna, sevginə layiq olmayıb səni yarı yoldamı buraxdılar?
Dost dediklərin hər fürsətdə səni arxadan vurmağa çoxmu çalışdılar?
Sevgilin-səni aldadıb, hisslərinlə oynayıb sonda səni tərk etdimi?
Özünə yaxın bildiyin insanlar, "Canım" deyib canın bildiyin kəslər öz xəyanəti ilə səni can evindən vuranda, hər dəfə bir xainin "maskası" düşəndə onu tanıdığına görə özünə nifrət etdiyin an beynindən nələr keçdi?
Qisas..Qisas..Qisas!!!
Qəlbin o qədər yaralandı ki, yalnız qisasla sakitləşəcəyini düşünürsən, eləmi?Elə isə onu cəzalandırmağın ən əsas yolunu sənə deyimmi?Həm də xainlərə layiq ən böyük cəza olsun.Elə cəza ki, səni heç zaman unutmasın..
Birisini cəzalandırmaq istəyəndə sadəcə Onu sənsiz burax.Sakitcə, bir söz demədən onu həyatından sil.Mübahisə etmədən, münasibətləri aydınlaşdırmağa çalışmadan (bununçün artıq çox gecdir!), ona zərbə vurmadan, hay-küysüz çıx get..
Bu səssiz gedişin ən yaddaqalan vida, ən möhtəşəm gediş olacaq..
Vaxt keçdikcə o keçmişə boylanıb səni hər dəfə xatırladıqca nifrət etməkçün bir səbəb tapmayanda kimi itirdiyinin fərqinə varıb hələ çox peşman olacaq.Son peşmanlıqsa fayda verməz.Cünki sən bu zaman artıq yeni həyata başlamış olacaqsan.O heç sənin yadına da düşməyəcək.
O isə hələ də gözü yolda, qulağı səsdə yolunu gözləsə də...artıq keçmişdə qaldı.Sənə çəkdirdiyi acıların kimi arxada qaldı.
Arxana dönmə, irəli bax.Yalnız irəli!
İndi rahatsan, eləmi?Kİmsəyə zərər vurmadan "qisas"ını almış oldun..
Bu sözləri unutma, Dostum:
Birisini cəzalandırmaq istərkən Onu sənsiz burax..Sakitcə..Mübahisəsiz..Heç nə olmamış kimi..Xəbərdarlıq etmədən..-və ən əsası onun kimi qəlb qırmadan...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!