Bir ay susuz yaşaya bilən dalğalı tutuquşular

Bir ay susuz yaşaya bilən dalğalı tutuquşular
Maraqlı məlumatlar
10.09.2017 42
Vəhşi dalğalı tutuquşular (Melorsittacus undulatus) Avstraliyanın o qədər də yağıntı olmayan çöllük ərazilərində yaşayırlar. Suya olan tələbatlarını yedikləri toxumların tərkibi ilə ödədikləri üçün bu quşlar havanın çox isti olduğu vaxtlarda 1 ay müddətində heç su içmədən asanlıqla yaşaya bilirlər. Vəhşi dalğalı tutuquşuların həyatında suyun əhəmiyyəti olduqca böyükdür. Buna görə də bütün həyatlarını iqlim şərtlərinə görə tənzimləyə bilirlər. Məsələn, kifayət miqdarda su tapmadıqları zaman yumurta qoymağı dayandırır və su üçün yeni yerlər axtarmaqla məşğul olurlar. Kifayət qədər böyük bir su yığını tapanda isə yumurta qoymağa başlayırlar.
Dalğalı tutuquşuların həyatlarını iqlim şərtlərinə görə tənzimləməsi də Allahın onlara verdiyi ilham nəticəsində mümkün olan davranışdır. Nəslinin davamı çox əhəmiyyətli olduğu üçün riskə yol vermir və yumurta qoymağı tamamilə dayandırırlar. Belə ağıllı bir hərəkət edərək gözləmələrini dalğalı tutuquşulara ilham edən hər şeyi bilən, yaratdığı bütün canlılardan xəbərdar olan Rəbbimizdir. Bir ayədə belə buyrulur:
«Yeddi göy, yer və onlarda olan bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz onların təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır!» («İsra» surəsi, 44).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!