Fyodor Mixayloviç Dostoyevski sözləri (2)

Fyodor Mixayloviç Dostoyevski sözləri (2)
Maraqlı məlumatlar
10.09.2017 89
Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini
qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar
ya da duyğusuz bir odun.



Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin.



Canlı Allah görmək istəyən onu şüurunun bomboş fəzasında yox, sadə insan sevgisində tapacaq.



Dunyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.



Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı.



Elə dəqiqələr var ki, insanlar bu vaxt cinayət istəyirlər.



Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən.



Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir.



Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür.



Həyatı onun mənasından artıq sevmək lazımdır.



Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım.



Hər kəs hər şeydə cavabdehdir.



Xoşbəxtlik xoşbəxtliyin özündə deyil, onu qazanmaqdadır.



Xoşbəxt son deyə bir şey yoxdur. Çünki bir şeydə son varsa orada xoşbəxtlik yoxdur



İnsan yaşamağı və yaşamamağı eyni şey deyə qəbul etdiyi zaman azadlığa qovuşar.



İnsanların səadət qədər fəlakətə də ehtiyacı vardır.



İnsanoğlu çox dərin bir varlıqdır. Mən Tanrı olsaydım bu qədər dərin yaratmazdım.



İnsanoğlu özünü fəda etməkdə tapdığı xoşbəxtliyi başqa heç bir şeydə tapa bilməz.



İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir.



İnsanın özündən üz çevirməyə, dünyada olub bitənləri görməməzliktən gəlməyə haqqı yoxdur.



İnsanlar bədbəxt olmadıqca başqalarının bədbəxtliyini anlaya bilməz.



İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman, ayrılmalarına ən yaxın olan zamandır.



İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq,yeni bir kəlimə söyləməkdir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!