Adi arıyeyən

Adi arıyeyən
Maraqlı məlumatlar
10.09.2017 20
Dəstə: Falconiformes (Qızılquşkimilər)

Fəsilə: Accpitridae (Qırğılar)



Qısa təsviri: Qarğadan iridir. Havada boynu görünmür. Quyruğu uzundur və üzərində 3 enli zolaq var. Qanadlarının altı zolaqlıdır. Bel tərəfi tutqun qonur, qarın tərəfi ürəkşəkilli, naxışlıdır. Alnında və gözləri ətrafındakı lələklər ilan pulcuğuna oxşayır.



Yayılması:
Avropada və Qərbi Asiyada nəsil verir, Afrikada qışlayır. Azərbaycanda düzənlik və dağətəyi rayonlarda yayılıb.



Yaşayış yeri və həyat tərzi: Ətrafında quraq iqlimli açıq sahə olan hündür ağaclardan ibarət seyrək meşəni xoşlayır. May ayında hündür ağacda yuva tikir və ya qarğanın yuvasını zəbt edir. Eyni yuvadan bir neçə il istifadə edir. Yuvasını elə yerləşdirir ki, onun üzərini yaşıl budaq örtür. Adətən 1 - 2 yumurta verir. Onun forması dairəvi, rəngi sıx şabalıdı xallarla bəzənmiş, ölçüsü 50 - 52 x 42 - 43 mm olur. Dişi və erkək quş 27 - 29 gün köməkləşib kürt yatırlar. Onlar balaları da 40 günə qədər yuvada, 15 - 20 gün də kənarda yemləyirlər. Arıyeyən yemini yerdən götürür. Zarqanadlı cücüləri xoşlayır. Arıların koloniyasını tapıb, sürfələrini yeyir. Hymenobtera nümayəndələrini yeməyə ixtisaslaşıb. Lakin tırtıl, böcək, qurbağa, kərtənkələ,  ilan, xırda quş və siçan yeməkdən də imtina etmir.



Sayı:
XX əsrə qədər adi saylı olub. 1950-ci illərdən sonra sayı azalıb. Eyni vaxtda yayılma sahəsi kiçilib. Qanıx-Əyriçayda, Lənkəran düzənliyində, Kürqırağı tuqay meşələrində nəsil verməkdən məhrum olub. ХХ əsrin axırında 18 cüt olub. Hazırda yalnız Samur - Şabran düzənliyində, Şamaxı - Altıağac, Kiçik və Böyük Qafqazın dağətəyi sahələrində nadir hallarda nəsil verir. Cəmi 10 cüt qeydə alınıb.



Məhdudlaşdırıcı amillər:
Zərərli yırtıcı hesab edilib ovlanması, meşələrin qırılması, bitkilərin ziyanvericilərinə və xəstəliklərinə qarşı kimyəvi preparatlardan çox istifadə olunması.



Qorunması üçün qəbul edilmiş tədbirlər:
Ovlanması qadağandır. Altıağac Milli Parkında nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.



Qorunması üçün məsləhət görülmüş tədbirlər:
Yuva sahəsində hündür ağacların qorunub saxlanılması və heç bir pestisiddən istifadə edilməməsi, qorunmasının vacib olmasının əhaliyə geniş izah olunması.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!