Utananın neçə oğlu olur?

Utananın neçə oğlu olur?
Maraqlı məlumatlar
10.09.2017 9
Bizlərdə "utananın oğlu olmaz" deyə bir məsəl var. Avropalı həkimlər isə tədqiqat aparıb müəyyən ediblər ki, sən demə, insanların xasiyyəti onların neçə uşaq sahibi olmalarına təsir edir.



Yeni tədqiqatlara görə, nevrozlu kişilərin uşaqlarının sayı daha az olur. Ekstravertlərin isə heç olmazsa, birdən artıq uşaqları doğulur.



Xeyirxah qadınlar uşaqlarının sayının çox olması ilə öyünə bilməzlər. Bu, bütün nəsillərdə belə olub. Avropalı mütəxəssislər hesab edirlər ki, məhz elə buna görə Avropada fertillik (uşaq sahibi olma qabiliyyəti) aşağı düşüb.



Eyni zamanda uşaqların olmaması və ya az sayda olması əsəbi kişiləri daha emosional edir və onların əhvalının tez-tez dəyişməsinə təsir göstərir. Ancaq bu daha çox 1957-ci ildən sonra doğulan kişilərə aiddir.



Dəyişikliklər həmçinin sosial normaları da əks etdirir. Günümüzdə insanlar çox uşaq sahibi olmaq istəmir, bəzən isə öz yarlarını tapmağa uzun illər sərf edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!