Hindlilərin xoşbəxtlik məsləhətləri

Hindlilərin xoşbəxtlik məsləhətləri
Maraqlı məlumatlar
10.09.2017 25
Nepal Tantra totemlərinin yaxşı və xoşbəxt həyat üçün məsləhətləri

- Kəpəkli düyü çox yeyin.

- İnsanlara gözlədiklərindən daha çox şey verin və bunu zövq alaraq edin.

- Ən çox sevdiyiniz şeiri əzbərləyin.

- Eşitdiyiniz hər şeyə inanmayın, sahib olduğunuz hər şeyi xərcləməyin və istədiyiniz qədər yatmayın.

- "Səni sevirəm" deyəndə, bunu ciddi olaraq söyləyin.

- "Təəssüf edirəm" deyəndə həmin insanın gözlərinin içinə baxın.

- Evlənməzdən əvvəl ən azı 6 ay nişanlı qalın.

- İlk baxışdan sevgiyə inanın.

- Başqalarının arzularına əsla lağ etməyin.

- Ehtirasla və dərindən sevin. Bəlkə sonradan yara ala bilərsən, amma bu, həyatı bütöv yaşamağın tək yoludur.

- Anlaşılmaz vəziyyətlərdə dürüst olun.

- Heç kimin qəlbini qırmayın, təhqir etməyin.

- İnsanları qohumlarına görə mühakimə etməyin.

- Yavaş danışın, amma sürətli düşünün.

- Biri sizə cavab vermək istəmədiyiniz sual verərsə, gülümsəyin və ən böyük sevginin, uğurların daha böyük riskləri olduğunu xatırlayın.

- Ananıza zəng edin.

- Biri asqıranda "Sağlam ol" deyin.

- İtirdiyinizdən dərs alın.

- 3 şeyi unutmayın: özünə hörmət; başqalarına hörmət; hər şeydə məsuliyyət.

- Kiçik bir anlaşılmazlığın böyük bir yoldaşlığı pozmasına imkan verməyin.

- Telefona cavab verərkən gülümsəyin. Sizi axtaran insan bunu səsinizdən anlayacaq.

- Danışmaqdan, söhbətdən xoşlanan bir qadın / kişi ilə evlənin. Yaşlananda danışma qabiliyyətiniz hər şeydən daha əhəmiyyətli

- Bir az tək qalın.

- Dəyişikliklərə qucaq açın, amma dəyərlərinizi itirməyin.

- Susqunluğun bəzən ən yaxşı cavab olduğunu unutmayın.

- Daha çox kitab oxuyun, daha az televiziya seyr edin.

- Yaxşı və hörmətli bir həyat yaşayın. Yaşlananda keçmişi xatırlayarkən bir daha necə zövq aldığınızı görəcəksiniz.

- Allaha inanın, amma avtomobilin qapılarını da bağlayın.

- Evdə sevgi dolu bir atmosfer əhəmiyyətlidir. Rahat bir mühit yaratmaq üçün əlinizdən gələni edin.

- Sevdiklərinizlə anlaşılmazlığa düşdüyünüz zaman o anki vəziyyətə əhəmiyyət ver.

- Keçmişdə çox yaşamayın. Bildiklərinizi paylaşın - bu, ölümsüzlüyü əldə etməyin bir yoludur.

- Planetimizə qarşı nəzakətli olun.

- Dua edin. Duada ölçülə bilməyəcək bir güc var.

- Sevgisini sizə nümayiş edənə mane olmayın.

- Başqalarının işinə qarışmayın.

- Onu öpərkən gözlərini bağlamaq  bir qadına / kişiyə güvənməkdir.

- İldə bir dəfə heç getmədiyiniz bir yerə gedin.

- Çox pul qazanırsınızsa, həyatdaykən başqalarına kömək edin. Unutmayın, istədiklərinizi əldə edə bilməmək bəzən böyük bir şansdır.

- Bütün qaydaları öyrənin, sonra bəzilərinə uymayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!