Şəxsiyyət vəsiqəsi almaq

Şəxsiyyət vəsiqəsi almaq
Maraqlı məlumatlar
10.09.2017 13
Xaricdə şəxsiyyət vəsiqəsi almaq üçün müayinədən keçərkən:

-Buyurun. Yaşınız 16 tamamdırmı?

-Bəli.

-Zəhmət olmasa, cihazın yanına gəlin boyunuzu ölçək. 1.82 sm. Zəhmət olmasa bura gəlin tərəzi ilə çəkinizi ölçək. Aha, deməli 67 kq.

Qan qrupunuz yoxlamadan sonra aydın olacaq. 3 günə gəlib götürəbilərsiz. Xidmət pulsuzdur.



Azərbaycanda şəxsiyyət vəsiqəsi almaq üçün müayinədən keçərkən:

-Gəl görüm a bala, nə istəyirsən ?

-Pasposta görə gəlmişdim.

-Hə gəl keç. Az Qızqayıt, çay gör noldu ? Hə ay bala, MaşAllah yekə kişi olufsan. Gəl görüm. Bir əyağa dur görüm. Pah pah... Ə boylu buxunlu oğlansan e. Yaz 1.80.

Uzanajaxsan daha. Ancaq arıxsane, mən 75 kiloyam sən də 50-60 olarsan. Az çay noldu, ciyərim yandı e. Hə a bala, otur bu anketi doldur, 3-5 manatdan zaddan ver yeri get. Ürəyin havax istəyir gəl götür bir aydan sonra...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!