Azerbaycanda ayrilariq

Azerbaycanda ayrilariq
Maraqlı məlumatlar
10.09.2017 64

 bəlkə birgün darıxarsan
Başqa şəhərlərdə, başqa dillərdə, başqa dinlərdə,
Darıxarsan bəlkə mənsiz
Çox şikayət etdiyin
Iyrəncliklərim üçün,
Çox sevdiyin
Uşaq yönlərim üçün...
Hər ayın 13-də adımı anarsan,
Hər 666-larda məni xatırlayarsan.
Hər qan iyində ərtimi duyarsan
Hər lənətdə mənə gülümsəyərsən...
Uzaqlarda,
Pəncərə qarşısında,
Yataqda
Otaqda
Ayaq yolunda
Hətta... ehh... nəysə...
Sən sadəcə məni xatırlayarsan...
Hər öpüşdüyündə məni düşünərsən.
Ilk öpüşümü, ilk sevişimi, ilk qoynuna girişimi
Tərbiyəsizliyimi, fahişəliyimi
Səninlə pozulan bakirəliyimi
Sənin köynəyini geyməyimi
Qırmızı pomadaların boynunda qoyan izlərini
Düşünərsən
Kövrələrsən
Əzizləyərsən
Ağlayarsan
Diksinərsən...
Canlandırarsan xəyalımı qarşında
Sayarsan bədənimdəki xalları
Sığal çəkərsən saçlarıma
Xatirələr uzanar aramsızca
Nil çayına qarışar gözyaşların
Afrikaya deportasiya olar kimsəsizliyin
Isimlərlə ad qoyar
Saylarla sayılar
Fellərlə hərəkət edib
Sifətlərlə hansılaşarıq
Uzaqlaşarıq
Yadlaşarıq
Türkiyədə qardaşlaşıb
Armeniada düşmənləşib
Rusiyada varlanıb
Amerikada xristianlaşıb
Iranda qapanarıq
Dubayda çılpağlaşıb
Hollandiyada geyləşib
Biz öləndə birləşərik
Italiyada küsüb
Parisdə barışarıq...
Azərbaycanda ayrılarıq!


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!