Oxumağa dəyər

Oxumağa dəyər
Maraqlı məlumatlar
10.09.2017 3
Əlimizdə, ovcumuzda nə varsa, hər birisinin öz təyinatı var.

Heç nə boş yerə yaradılmayıb. Əllərin qarşısına qoyub buğum-buğum barmaqlarına baxdıqda nələr keçir adamın ağlından. Nə qədər də mükəmməldir, hər işə yarayır, qələm də tutmaq olur, yerdən daş götürüb qonşuya atmaq da. Yəni hər şeyin yaxşıdan pisə qədər bir çox sahələrdə işə yaramaq imkanı olsa da hər halda təyinat yaxşıyadır.

Demək, əl qonşuya daş atmaq üçün deyil, hərdən bunu eləsək də. İnsana verilən sevgi hissi Yaradanı tanıyıb sevmək üçündür. Təbii ki, ətrafımızdakı gözəllikləri sevmək bizim fitrətimizdən gəlir. Biz insan olaraq belə yaradılmışıq, hər şeyin gözəlinə, göyçəyinə mükəmməlinə sahib olmaq istəyirik. Amma bəzən Leyli üçün yola çıxıb Mövlaya qovuşmaq da var.

Əslində Leyli üçün çıxdığın yol səni Mövlaya aparmırsa, nə o yol bir yoldur, nə o duyğu bir sevgidir. Məcnun Leyli üçün səhraya düşdü, amma heyvanlar arasında aylı gecələr keçirəndən sonra bu sevginin onun ruhunu sıxdığını hiss etdi və anladı ki, hər bir fani kimi Leyliyə də tuşlanmış duyğu elə onun özü kimi fanidir.

İnsan ruhu ancaq Əzəli və Əbədi olanı sevməklə ölümsüzlük qazana bilir. Yəni Əbədi olana tuşlanmış sevgi o duğyu yükünü daşıyanı da əbədiləşdirir. İnsan fitrəti elə yaradılıb ki, bu dünyada onu bürüyən hər gözəllik, hər şirinlik sabah mütləq onu təmin etməyəcək. İnsan ruhunun alarkən tam təmin olunduğu mükafat Cənnətdir. O ünvana insanın əbədi səadəti deyilməsi də yəqin ki, elə bununla bağlıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!