Həyatdan nə öyrəndim??

Həyatdan nə öyrəndim??
Maraqlı məlumatlar
10.09.2017 35
Həyatdan nə öyrəndim?
Verilən vaxt ərzində ağlıma gələnləri aşağıda yazdım.Yanlışların doğruları götürməyəcəyini ümüd edirəm:Sonsuz bir qaranlığın içindən doğdum. İşığı gördüm, qorxdum. Ağladım.Zamanla işığda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum.Gün gəldi sonsuz qaranlığa uğurladım sevdiklərimi...Ağladım.Yaşamağı öyrəndim.Doğumun, hayatın bitməyə başladığı an olduğunu; aradakı bölümün, ölümdən çalınan zamanlar olduğunu öyrəndim.Zamanı öyrəndim.Yarışdım onunla...Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim...İnsanı öyrəndim.Sonra insanların içində yaxşılar və pislər olduğunu...Sonra da hər insanın içində yaxşılıq və pislik olduğunu öyrəndim.Sevməyi öyrəndim.Sonra güvənməyi...Sonra da güvənin sevgidən daha güclü olduğunu, sevginin güvənin sağlam zəmini üzərinə qurulduğunu öyrəndim.

Oxumağı öyrəndim.Özümə yazmağı öyrətdim sonra...Və bir sürə sonra yazı, özümü öyrətdi mənə...Getməyi öyrəndim.Sonra dayanamayıb dönməyi...Daha da sonra özümə rəğmən getməyi...Namusun önəmini öyrəndim evdə...Gerçək namusun, günah əlinin altındaykən, günaha əl sürməmək olduğunu öyrəndim.Gerçəyi öyrəndim bir gün...Və gerçəyin acı olduğunu...Sonra dözümdə acının, yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.Hər canlının ölümü dadacağını, ama sadəcə bəzilərinin hayatı dadacağını öyrəndim..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!