Rəngarəng vağ quşları

Rəngarəng vağ quşları
Maraqlı məlumatlar
10.09.2017 29
Vağ quşları hər yerdə görünə bilən quşlardandır. Şəkildə gördüyünüz böyük mavi vağ Şimali Amerikada ən uzun boylu vəhşi quşdur. Rəngləri ilə diqqəti cəlb edən mavi vağlar yuva qurduqları vaxtı nəzərə almasaq, tək-tənha yaşayan quşlardır.Vağ quşlarının cəm şəklində olan yuvalarına əsasən insanlardan uzaq və gizli olan bölgələrdə rast gəlinir. Vağ quşlarının başqa bir növü olan hank vağları isə yaz fəsli gələndə çox müxtəlif rənglərə bürünürlər. Yetkin vağ quşlarının rəngli dimdiklərinin ətrafında yalnız yuva qurma zamanı əmələ gələn rəngli hissələr olur.



Allah bütün quşları müxtəlif rənglərdə yaratmışdır. Quş tüklərindəki valehedici rəngləri seyr etmək çox xoşumuza gəlir. Quşlardakı bu rəng müxtəlifliyi Allahın yüksək yaradıcı olmasının dəlillərindən yalnız biridir. Quran ayələrində Allah rəngləri yaradanın Özü olduğundan belə bəhs edir:

«Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli - ağ, qırmızı, tünd qara yollar peyda etdik. İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən Allah hər şeyə qalib olan və bağışlayandır!» («Fatir» surəsi, 27-28).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!