Sən çox zövqlüsən...

Sən çox zövqlüsən...
Maraqlı məlumatlar
10.09.2017 55
 
Sən Kimsən? Nəçisən? Yenə dəvətsiz gəlmisən. Amma dəqiq vaxtında. Yox, demirəm ki "niyə gəlmisən?”. Zamansız dediklərimə cavabdeh olmaqdan yorulan insanlar kimi yorulmuşam zamansız suallardan. Gəlmisənsə, yorulmayasan. Bəlkə də sən yayın deyə bilmədiklərisən. Onun dərdi, onun yükünü daşıyansan. Yayın axıda bilmədiyi göz yaşlarısan. Hə, bəlkə də. Axı sən gələndə qara buludlarla birgə gəlirsən.

Bilirsən, göz yaşları günahları yuyar deyirlər. Bəlkə də sən yayın günahlarını yuyansan. Ya da dünyanın.
Xoş gəlmisən. Amma bilirsən, sən gələndə çoxlarının ürəyinə sıxıntı da gətirirsən. Ağladırsan, kövrəldirsən. Bilsəydin gəlməzdin. Amma gəlməlisən. Çünki sən bir qanunsan. Yox, yox mən demirəm ki, sən pissən. Məncə sən tez küsəyənsən. Xətrinə dəydimmi, göy üzündə göstərirsən küskünlüyünü. Damlalarınla. Həm də qəzəbli. Bəlkə də kinlisən. Bir bax, göy üzündəki gurultuya, çaxnaşmaya. Üsyankarsan. O zaman üsyanın nəyə?! Həm də çox həyalısan. Baxsana, artıq yarpaqların qızarmağa başladı. Bir azdan budaqdan ayrılıb küçələri bəzəyəcəklər. Sən həm də çox zövqlüsən.

Sən kimisi üçün kədərsən, kimisi üçün çox kədərli. Amma haqqında bu qədər çox danışdıransan. Eqoistsən bəlkə də. Nə verirsən, nə alırsan. Belə qürurlu. Sevilənsən. Amma səni sevməyənlərə sevgisizlik də göstərmirsən. Rəngarəngsən, amma ikiüzlü yox. Sən gəlmisən. Xoş gəlmisən. Payızım!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!