Sevirəm ana

Sevirəm ana
Maraqlı məlumatlar
10.09.2017 19
Həyatda sevdiyim iki insan ANAM VƏ MİRYUSİFİM



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 Düzü heç bir söz, heç bir cümlə `ANA`nın necə gözəl bir xəzinə olduğunu izzah etməyə yetməz... Amma bu mövzuda, anam(lar)a olan sevgimi anlatmağa çalışacağam...

Mən belə deyərdim ki, analar, yer üzündə olan mələklərdir, onları bizi qorumaq üçün yaradıbdır, Allah =)

Sözsüz ki, sevilməyə layiq olacaq və sözün tam anlamıyla bütün qəlbinlə güvənə biləcəyin yeganə insandır ana.. Çox möcüzəvi bir duyğudur hər halda analıq duyğusu.. Övladını öz cannı qurban verəcək qədər sevən yeganə varlıqdır ana.. Onun qədrini bilməliyik, onu sevməli və qorumalıyıq..

Ana hər zaman öz övladı üçün hər şeyin ən yaxşısını diləyər.. `Hətta ən yaxşısını diləyər` – demək azdır.. Övladını hər zaman hər şeyin ən gözəlinə layiq görər və hər şeyin ən gözəlini əldə etməsi üçün kömək edər..

Analar, hər zaman səbrli olar, övladının səhvini görər və səbr edər, doğru yolu göstərib səhvlərimizi düzəltməyə yardım edər... Bizə bir ömür səbr göstərə biləcək ikinci bir insan olduğunu düşünmürəm...

Analar daim övladına şəfqətli davranar, onu qoruyar, bütün sevgisini ona həsr edər və beləliklə, ən gözəl duyğuları aşılayar...

Analar daim övladlarını cəsarətləndirərlər.. Övladının doğru addım atacağına və qalib olacaqlarına güvənərlər... Və həqiqətən də bu güvən insanı zəfərə aparar...

Ən gözəli də odur ki, ana övladına `necə gözəl ana oluna biləcəyini` öyrədər..

...Qısaca...

Anamı çox sevirəm, çünki o hər zaman mənim yanımda idi, mənə dəstək idi..

Anamı çox sevirəm, çünki o mənə olan inamını heç itirmədi...

Anamı çox sevirəm, çünki o hər zaman mənə zaman ayırdı...

Anamı çox sevirəm, çünki nə zaman ehtiyacım olsa, mənə qocaman sarıldı..

Anamı çox sevirəm, çünki nəyin doğru nəyin yalnış olduğunu mənə o öyrətdi...

Anamı çox sevirəm, çünki bütün xətalarımı bağışladı...

Anamı çox sevirəm, çünki onun sayəsində indi olduğum insanam  
 





 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!