Başən sağ olsun Vətən

Başən sağ olsun Vətən
Maraqlı məlumatlar
10.09.2017 15
BİR ŞƏHİD YUXUMA GƏLDİ



(Elşad Barat)



Bu gecə bir şəhid yuxuma gəldi

Qəzəblə, nifrətlə üzümə baxdı

Bu gecə bir şəhid yuxuma gəldi

Əlinin qanını sinəmə yaxdı



Bu gecə bir şəhid yuxuma gəldi

"Ata olacaqdım" dedi: a zalım

Mən də sənin kimi körpə balamı

İstərdim qollarım üstünə alım



Bu gecə bir şəhid yuxuma gəldi

"Hardasan" üstümə bağırdı biraz

Sonra sakitləşib "ay ana" dedi

Ağladı, anasın çağırdı biraz



Bu gecə bir şəhid yuxuma gəldi

Bir məktub uzatdı və uca tonla

"Bunu sevgilimə verərsən" dedi

"Əlvida" yazmışdı kağıza qanla



Bu gecə bir şəhid yuxuma gəldi

Bildim ki, bu mənim xəcalətimdir

Görüşdük, danışdıq, gedəndə dedi:

"Vətənim sizlərə əmanətimdir"

 

Biz şəhid verdik, bəli. Amma onların əsil qiymətini necə, verə bildikmi, verdikmi?!

Hamı bilir ki, televiziya ən böyük təbliğat mexanizmidir və orada gördüklərimiz beynimizə həkk olur. Qonşu Türkiyəyə nəzər salsaq, onlarda bir və ya iki şəhid olduqda bütün media məkanı bu barədə danışır, hansı telekanala çevirisən, şəhid barədə süjet görürsən. Çox təəssüf ki, bizim teleməkanda hər kəsin başı başqa şeylərə qarışıb. Şəhidlər barədə xəbərlərin əvəzinə, bir kanalda yemək bişirirlər, digərində çalıb-oxuyub, oynayırlar, küçələrdə isə dördtəkərli "at” sürənlərin qulaq asdıqları mahnıların səsi o qədər ucadan gəlir ki, qulaqları batırır. Düzdür, düşməni məhv etmək və şəhidlik zirvəsinə çatmaq bayrama bərabərdir. Lakin bu tərzdə deyil. Görünür, bu da bizsayağı "vətənpərvərlikdir”.



Sonda onu deyə bilərəm ki, sayından, yaşından asılı olmayaraq, şəhid "mübarizlərimiz” hər kəsə nümunə Mübarizə qovuşdular. Əminəm ki, ordumuzda və bütövlükdə ölkəmizdə Vətən uğrunda canından keçməyə hazır olan neçə-neçə bu cür oğullar var. Şəhidlər isə mənim, sənin, ailəsinin, xalqının, bir sözlə, bütün Azərbaycanın Baş Tacıdır.

Allah-Təala Quranda buyurur: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”.

Şəhidlik adı Allah, Vətən, elm yolunda və s. ölənlərə verilir. Demək ki, şəhid qardaşlarımızın hamısı sağdır. Çünki mən Allahın sözünə inanıram. Və inanrıram ki, Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoru olmasa, Azərbaycan özündən qat-qat zəif və iflasa uğramış Ermənistana çox qısa müddətdə qalib gələ bilər. Mən də sizin kimi, şəhidlərimiz kimi o Qalibiyyət gününü gözləyirəm!

Başın sağ olsun, Vətən!



ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!