Tutuquşular kimyaya aid bilikləri haradan bilir?

Tutuquşular kimyaya aid bilikləri haradan bilir?
Maraqlı məlumatlar
10.09.2017 30
Bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan
düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir
tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana
bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar
bu toxumlara yaxınlaşa bilmədiyi halda israrla toxumları yeyən bu
quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə
siz də maraqlandınız, elə deyilmi?



Makau
adlı bu tutuquşu növünün zəhərlənməməsinin səbəbi alimlərin də
diqqətini çəkmişdir. Quşları müşahidə edən alimlər çox maraqlı bir
hadisənin şahidi olublar.

Makaular
qidalılığı yüksək olan bu zəhərli toxumları yedikdən dərhal sonra bir
qayalığa doğru uçurlar. Həmin yerə çatdıqları zaman burada olan bəzi
gilli qaya parçalarını gəmirib udurlar. Bu, təsadüfi bir hadisə deyil.
Gilli qaya parçalarının əsas xüsusiyyəti toxumların içindəki zəhəri
çəkməsidir. Beləliklə, quş bunun sayəsində hər hansı narahatçılıq hiss
etmədən toxumları həzm edə bilir.

Bu
heyvan toxumun zəhərləyici təsirini əvvəlcədən müəyyən etmək kimi bir
tibbi biliyi necə əldə etmişdir? Bəs bu təsiri necə aradan qaldıracağını
haradan bilir? Zəhəri zərərsizləşdirəcək bir maddənin gilli qayaların
içində olduğunu bilməsi üçün hər hansı əczaçılıq təhsili ala bilərmi?
Əlbəttə ki, bunların heç biri mümkün deyil.

Bir
insan toxumların zəhərli olub-olmadığını kənardan baxaraq müəyyən edə
bilməz. Toxumun zəhərini necə zərərsizləşdirəcəyəni isə təxmin edə
bilməz. Buna görə ya bir təhsil almalı, ya da bu haqda bir şey bilən bir
nəfərlə məsləhətləşməlidir. Belə olduğu halda heç bir ağlı və düşüncəsi
olmayan bir quşun uzunmüddətli kimyəvi təhlil və tədqiqatlar
nəticəsində belə bir şeyi kəşf etdiyini də demək olmaz. Makauların
insanların uzun sürən ixtisas təhsilindən sonra əldə olunan bilgilərə
təsadüfən nail olması qeyri-mümkündür. Makaulara bu biliyi hər şeyi
qüsursuz yaradan və hər şeyi bilən Allah öyrətmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!