Bədəndəki xallarin mənası

Bədəndəki xallarin mənası
Maraqlı məlumatlar
10.09.2017 145
Xal insanın xasiyyəti və gələcək taleyi haqda xəbər verə bilir.



Başda olan xallar.



Başda olan xallar insanın istedadı, başqalarına təsir göstərmək qabiliyyətinin yüksək olması haqqında məlumat verir.



Üzdə olan xallar.



Alında, qaşların arasında, gicgahda olan xal sahibinin həyatında əsas dəyişikliklər gənclik yaşlarında baş verəcəyini bildirir.



Burunda, yanaqda olan xallar insanın həyatında vacib hadisələrin yetkinlik yaşında baş verəcəyi haqda deyir.



Dodaqda və çənədə olan xallar sahibinin həyatının ən gözəl günləri məhz qocalıqda olacağı barədə xəbər verir. Bu xallar həmçinin gecikmiş məhəbbət yaşayacağı barədə məlumat verir.



Alında olan xal həmçinin bu insanın yaxşı karyera quracağına işarədir.



Saçın altında qalan xallar sahibinin məqsədyönlü, tənhalığa meyilli olduğunu bildirir.
 
Çiyində və biləkdə olan xallar sahibinin eşq düşkünü olduğunu bildirir. Sevgisi üçün hər şeyə hazır olan bu adamlar həyatları boyu bir neçə dəfə vururlurlar.

Baldırında xal olan şəxslər səyahət etməyi sevirlər. Nikbin olan bu insanlar əşyalara bağlanmadıqları kimi, insanlara da bağlana bilmirlər. Bel və qarında xalı olanlar pis vərdişlərin qurbanı olur çox vaxt. İçkiyə, narkotikə, təsadüfi seksual partnyorlara meyl edən bu şəxslər zəif iradəli olurlar.



Kürəkdə xalı olan insanlar böyrək, ağ ciyər ağrılarından və soyuqdəymədən tez-tez əziyyət çəkirlər.



Sinəsində xalı olanlar ağıllı, hətta hiyləgər olurlar. Sinəsində xalı olan qadınlar qayğıkeş ana və gözəl evdar xanım olurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!