Əqrəb balıqlarının məharətlə maskalanması

Əqrəb balıqlarının məharətlə maskalanması
Maraqlı məlumatlar
10.09.2017 15
Əqrəb balıqları son dərəcə rəngli bir görünüşə malikdir. Onların rəngi
yaşadıqları mərcanlarla eynidir. Şəkildə gördüyünüz kimi, əqrəb
balığının ağ-qırmızı zolaqları eynilə bu rəngdə olan mərcanların
arasında gizlənməsinə, yəni görünməzliyinə səbəb olur. Bu da onların
ovlanmaq təhlükəsini azaldır. Eyni zamanda öz ovuna da asanlıqla
yaxınlaşmasına imkan verir.

Aşağıdakı
və əvvəlki səhifədə olan əqrəb balıqlarının şəkillərinə diqqətlə baxın,
özünüz də hiss edəcəksiniz ki, onları olduqları şəraitdən seçmək çox
çətindir.



Əqrəb
balıqları kimi sualtı canlıların da bir çoxunu yaşadıqları mühitdə
seçmək mümkün deyil. Bu canlılar yalnız hərəkət etdiyi zaman bilinir. Su
altında qüsursuz olaraq adaptasiya və maskalanma qabiliyyətinə malik
olan canlılar bu rənglərdən istifadə edərək ov ovlayır, artıb törəyir,
ətrafındakı canlılara müəyyən məlumatlar çatdırırlar.

Elə
isə bu uyğunlaşma necə ortaya çıxmışdır? Bir balığın bədənini yaşadığı
qaya ilə eyni rəngdə, hətta qaya kimi çıxıntılı görünüşdə edən kimdir?

Təsadüflərin
və ya hər hansı başqa balığın canlılara yaşadıqları mühitin rəngini
verməsi mümkün deyil. Bir balığın, yengəcin və ya bir xərçəngin rəngləri
təyin etməsi və özündə rəng dəyişdirən sistemlər hasil edə bilməsi də
qeyri-mümkündür. Belə bir sistemin planlaşdırılması, canlılarda bu
sistemin yaradılması yalnız çox yüksək bir güc sahibi tərəfindən verilə
bilər.

Bu üstün
gücün sahibi Allahdır. Bütün canlıları malik olduqları xüsusiyyətləri
ilə birlikdə və yaşadıqları mühitə uyğun olaraq Yaradan Allahdır. Allah
yaratdığı bütün canlılardan xəbərdar olduğunu bizə ayələrində belə
bildirir:

«Məgər
yaradan bilməzmi?! Allah incəliyinə qədər biləndir, xəbərdardır! Yeri
sizə ram edən Odur. Onun qoynunda gəzin, Allahın ruzisindən yeyin. Axır
dönüş də Onadır» («Mülk» surəsi, 14-15).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!