İşıq verən sualtı canlılar

İşıq verən sualtı canlılar
Maraqlı məlumatlar
10.09.2017 35
Şəkillərdə gördüyünüzə bənzəyən bir çox sualtı canlı da işıldaquşlar
kimi işıq verən sistemlərə malikdir. Onlar işıqlarından əsasən
düşmənlərini azdırmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bu
canlıların demək olar ki, hamısının arxasında eynilə parçadakı tikiş
yerinə bənzəyən lentşəkilli yerləşdirilmiş, işıq verə bilən hüceyrələr
var. İndi bu canlıların əsas xüsusiyyətləri ilə tanış olaq.



Bunların
bir növü xarici görünüşcə aureliyalara (aurita) bənzəyən canlılardır.
Onlar əsasən gözlə görünməyən bitkilər və kiçik dəniz heyvanları ilə
qidalanır. Bəziləri ovlarını eynilə balıq tilovuna bənzər suda hərəkət
edən yapışqan caynaqları ilə tutur. Başqa birisinin isə çox geniş
şəkildə açıla və bir çox canlını uda bilən ağzı var. Bədənində sıra
şəklində incə tüklər olur və heyvan bu tüklərindən suda özünü irəliyə
hərəkət etdirmək üçün istifadə edir.

İşıq
saçan canlı növlərinin də öz daxilində qəribə xüsusiyyətləri var.
Məsələn, qırmızı tüklərinə toxunan zaman onlar parlayır. Həmçinin suya
parıldayan, işıqlı dənəciklər buraxa bilir. Bu, düşmənlərdən xilas olmaq
üçün istifadə olunan bir azdırma vasitəsidir.

Dəniz
ulduzları, dəniz kirpiləri (Echinus), tüklü ulduzlar kimi canlılar isə
«tikanlı heyvanlar» adlandırılır. Bu heyvanların bir çoxunun dərisi
müdafiə məqsədilə istifadə etdikləri kəskin tikanlarla örtülüdür. Onlar
dəniz sahillərində, mərcan qayalıqlarında və dəniz laylarında yaşayır.
Bu canlılar da düşmənlərindən qorunmaq üçün öz işıqlarından istifadə
edir. Parlaq ətraflara və ya onurğaya malik olan bu canlılar bir hücuma
məruz qaldıqları zaman suda işıq buludları yaradırlar.

İşıq
saçan sualtı canlıların ən əsas xüsusiyyəti isə onların öz işıqlarından
aldadıcı məqsədlə istifadə etməsidir. Buna nümunə kimi bir dəniz ulduzu
növünü göstərə bilərik. Bu dəniz ulduzu dənizin təqribən 1000 metr
dərinliyində yaşayır. Ətraflarının ucundan parlaq yaşıl-mavi işıqlar
saçır. İşıq xəbərdarlığı düşmənlərinə çox pis bir dadının olduğunu
bildirmək üçündür. Başqa bir dəniz ulduzu növü isə ona hücum edildiyi
zaman parıldamağa başlayır və düşməni uzaqlaşdırmaq üçün qollarından
birini düşmənə tərəf atır. Qopmuş ətraf ağ işıq saçmağa başlayır və
düşmənin diqqəti ətrafa yönəlir. Dəniz ulduzu da bu zaman qaça bilmək
üçün vaxt əldə etmiş olur.

Burada
verdiyimiz bir neçə misaldan da aydın olduğu kimi, canlılardakı işıq
saçma mexanizmi Allahın yaratdıqlarının möhtəşəmliyini bizə göstərir.
Burada haqqında danışdığımız canlılar suyun altında yaşayan, əksər
vaxtlarda da bədənlərinin çoxu sudan ibarət olan, bir ağıl və düşüncəyə
sahib olması mümkün olmayan canlılardır. Lakin onların hər biri
oxucuları heyrətləndirəcək ecazkar xüsusiyyətlərə malikdir. Bu da bir
daha sübut edir ki, Allah heç bir nümunəni əsas götürmədən yaradandır.
Bu misallar Allahdan başqa Tanrının olmadığını, Allahın hər şeyin
Yaradıcısı olduğunu dərk etməyimiz üçündür. Bu həqiqəti dərk edən hər
bir insan Allahın sonsuz gücünü də dərk edəcək və həyatını yalnız Allahı
razı salacaq şəkildə yaşamağa çalışacaq.

Unutmayın ki, Allah bir ayəsində Ondan başqa tanrı qəbul edənlərin tənha qalacağını bildirir və belə buyurur:

«Allahla yanaşı başqa tanrı qəbul etmə. Joxsa xar olar, zəlil vəziyyətə düşərsən!» («İsra» surəsi, 22).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!