İnsanlar haqda maraqlı faktlar - ARAŞDIRMA

İnsanlar haqda maraqlı faktlar - ARAŞDIRMA
Maraqlı məlumatlar
10.09.2017 4
Uşaqlar böyüklərə nisbətdə daha çox sümük ilə doğulurlar, sonra bəzi sümüklər bir yerdə böyüyür. Amma elə bir şey var ki yeni doğulanlarda yoxdur. Bu, diz qapaqlarıdır. Onlar 2-6 yaşarasında əmələ gəlirlər. İnsanın gözləri doğumundan ölümünə qədər eyni ölçüdə olur, amma qulaqlar və burun hər dəfə böyüyür. Bədənin yeganə öz-özünə bərpa edilməyən üzvü dişdir. İnsan bədənin ən müqavimətli materialarından biri saçlardır. Bir tük 3 kq çəkini saxlaya bilir. Qadınlar kişilərə nisbətdə gözlərini iki dəfə çox qırpırlar. Hər iki həftədən bir insan mədəsi yeni daxili qişanı yaratmalıdır, əks halda öz-özünü əridər. İnsanın bütün eritrositləri (qırmızı qan cisimcikləri) bir yerə yığılsa, Yer kürəsini ekvator üzrə 3 dəfə sarıyan lent alınardı. Sağlam insanda ciyərlərin ventilyasiyası dəqiqədə 5-9 litrə çatır. İnsan bədənində 100-160 milyard kapilyar mövcuddur. Onları bir xətt üzrə yığmaq olsaydı, onun uzunluğu 60-80 min kilometr təşkil edərdi, yəni Yer kürəsinin ekvatorunun uzunluğundan iki dəfə çox olardı. İnsanın böyük arteriyaları 20 dərəcə atmosfer təzyiqə tab gətirir Qədim Yunanıstanda insanlar orta hesabla 29 il, 16-cı əsr Avropasında -21, 17-ci əsrdə - 26, 18-ci əsrdə - 34, 20-ci əsrin əvvəlində - 50, 20-ci əsrin ortalarında – 70, 20-ci əsrin sonlarında isə 60 il yaşayırlar. Bərkliyinə görə diş emalını kvarsit ilə müqayisə etmək olar. Məlumdur ki, ən iti qılınclar emala vuruldukda kütləşir. Hesablamalar göstərir ki, insan ömür boyu 2.5 ton zülal, 1.3 ton piy, 17.5 ton karbohidrat və 75 ton su istehlak edir İnsan bədənində 3 kq qədər mineral duzlar mövcuddur, onlardan 5/6 skelet tərkibinə daxildir. Böyük insan orqanizmində xörək duzunun miqdarı 300 qram civarındadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!