Sözsüzki!!!

Sözsüzki!!!
Maraqlı məlumatlar
10.09.2017 7
..bir gün bütün elədiklərinizə qarşılığını verəcəm.. vecsizliyinizin, sözünüzün üstündə durmamağınızın.. insanları saymamağınızın, özünüzdən aşağı görməyinizin.. hər şeyin.. mən səbirli insanam, yeri gələndə sizi əsəbləşdirəcək qədər səbirli olub, sinirlərinizə toxunacaq qədər səssizləşə bilərəm.. bəzən sizə "getmə,belə etmə” deyə bilərəm. bu sizin vazkeçilməz olduğunuzdan deyil, sadəcə sizi daha yaxşı tanımaq istədiyimdəndi. həyatınızda heç vaxt görmədiyiniz qədər çox sevə bilərəm,dəyər verə bilərəm, hörmət edə bilərəm.. və hərdən bu sizə çox gələ bilər. dərmanların üstündə də hərdən "əks təsirlər” yazılır.. deyirlər, kimə özündən çox dəyər versən get gedə onun köləsi olursan. balansı qorumaq lazımdı və mən bunu bacarıram.. tam özünüzü dünyanın kralı hesab edəndə bircə "sağol” kəliməsi taxtınızdan düşürməyə bəs edər.. bir iki gün heç nəyin vecinizə olmadığını hiss edə bilərsiz. amma vaxt keçdikcə egonuz qidasız qalar və siz yenə qidaya-sevgi və hörmətə möhtac olarsız. qidasız qaldıqca içinizdəki bütün hisslər ölməyə başlayar. məsələn xoş əhval ruhiyyəniz, məsələn insanlığınız.. insanların qəlbini qırmağa, öz səhvinizin bədəlini başqalarına ödətməyə çalışarsınız. ən sonunda qürurunuz tükənər və "sevgidə qürur olmaz” prinsipinə xoş baxıb,yenə ona dönmək istəyərsiniz.. amma, bəzən biletlər tək tərəfli olur.. dönüşü mümkünsüz yollara getmədən əvvəl fikirləşmirsiniz.. bir gün qayıtmaq istəyəcəyinizi ağlınıza gətirmirsiz.. dediklərimin çoxunu qulaq ardı edə bilərsiniz, bəlkə də anlamazsınız və ya anlamaq istəməzsiniz. Albert demişkən, bir iki nəfər başa düşür, onlar da səhv başa düşür sözün qısası, elə bilməyinki, dünyada qarşılıqsız nəsə var.. övladın valideyni öldürdüyü, valideynin təzə doğulmuş körpəsini çölə atdığı dövrdə yaşayırıq. deyəsən insanlıq son nəfəsindədi.. nəfəsə qüvvət verən tək şey də, dünyada az miqdarda var olan sevgi və hörmətdi. adam olun, insanların hissləri oyuncağınız olmasın.. bəlkə də ən yaxşı oyuncaq öz boş beyninizdir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!