Çox saqqız çeynəmək üz gözəlliyini pozur

Çox saqqız çeynəmək üz gözəlliyini pozur
Maraqlı məlumatlar
10.09.2017 39
Saqqızın tərkibindəki maddələr insan orqanizmi üçün zərərlidir

Gündəlik həyatımızda saqqız 10 adamdan 7-nin çantasında, iş stolunda, cibində, avtomobilində olan rahatlaşdırıcı bir vasitədir. Saqqız çeynəmək bir çox adamlarda demək olar ki, vərdiş halını alıb.

Bəziləri ağız qoxusunu yox etmək, bəziləri əsəbləri sakitləşdirmək, bəziləri siqareti tərgitmək bəhanəsilə saqqız çeynəyir. Saqqız çeynəməyin faydaları ilə yanaşı zərərləri də çoxdur. Belə ki, məşhur dermatoloq Cessika Vunun araşdırmalarına görə, dəri qırışmasının səbəblərindən biri də saqqız çeynəməkdir. Saqqız çeynəmək, şar kimi şişirmək dəridə qırışların yaranmasına səbəb olur. Həddindən artıq saqqız çeynəmək çənə əzələlərini yoraraq, çənədə şişlik və dodağın üst qismində qırışlar yaradır. Digər dermatoloq Mary Lupo da bu fikri təsdiqləyir.

Əgər üzünüzdə qırışların yaranmasını istəmirsinizsə, saqqız çeynəməyi tərgitməli və bol-bol su içməlisiniz.

Mütəxəssislərin fikrincə, saqqızların tərkibində olan maddələr də insan orqanizmi üçün zərərlidir. Belə ki, saqqızın tərkibində olan şəkər spirti (maltitol) qan şəkərini yüksəldir, baş ağrısı, mədə və bağırsaq pozulmalarına səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!