Aglayiram Men

Aglayiram Men
Maraqlı məlumatlar
10.09.2017 47
İnsanğolu çox qəribədir. ..Sevinir ağlayır, kədərlənir ağlayır, həsrət çəkir ağlayır, qovuşur yenə də ağlayır. Sözlər kifayətsiz olduğundan, gözyaşları ifadə edilməsi çətin olanı anlatmağa çalışır Əslində ağlaya bilmək özü böyük bir nemətdir. ..Və ağlamaq daş ürəkli olmadığımızı göstərir. Eyni zamanda insan olduğumuzu, hiss etdiyimizi, DUYĞUSUZ olmadığımızı...Amma bəzən dəryasından aşağı süzülə bilməz gözyaşları. ..Onlar boşu-boşuna axmaz..Çünkü çox daha əvacib bir vəzifələri vardır. Qəlbdə bir yanğını söndürmək istəyərlər. Göz qapaqlarınızın alov-alov yandığı, boğazınıza bir şeylərin düyümləndiyi, burnunuzun ucunun göynədiyi anlar oldumu heç? Diqqət yetirdiniz mi o zaman gözyaşlarınızın istiqaməti necədir? Ən çətin olanı bəlkə də budur ... Ağlamaq zəiflikdirmi? Niyə ağlamağımız lazım olan anlarda; yumruqlarımızı, dırnaqlarımız ovuclarımızı örtənə qədər sıxar, boğazımızdakı düyünləri udqunaraq aradan qaldırmağa çalışarıq? Niyə gizlədərik kövrəlmiş gözlərimizi,islanmış kirpiklərimizi başqalarından?

Rahat tamaşa edin,mən ağlayıram! Utanmıram heç kimdən. ..O qədər içimə axıtdım ki gözyaşlarımı! . ..O qədər yaşadım kədərimi içimdə,yandırdım qəlbən özümü....Tab gətirmədi qəlbim belə buna Ağlayıram dostlarımın vəfasızlığına görə Ağlayıram Yaradana vəfasızlığıma görənAğlayıram darıxıb da qovuşa bilmədiklərim üçün Ağlayıram içimi ağrıdan, ürəyimdə qanad çalmağa can atan arzularım üçün Ağlayıram istəmədən də olsa ürəyini qırdıqlarım üçün Ağlayıram unudulmaması lazım olanları unutduğum üçün Ağlayıram Rəbbimə xeyirli qul ola bilmədiyim üçün Ağlayıram yaxınlaşdıqca uzaqlaşdıqlarıma Ağlayıram sevgi dolu sandığım çirkinləşənlərə Ağlayıram qiymətini bilmədiklərimə Ağlayıram dəyər verdiklərimin biganəliyinəAğlayıram sevsəm də,günahsız olduğum halda məndən üz döndərənlərəAğlayıram hədər olan illərimə Ağlayıram bir ömür ağlaya bilmədiklərimə
GÖZYAŞLARIM BU GECƏ BİTƏRMİ? RUHUMDAKI ÇİRKLƏRİ YUMAĞA YETƏRMİ? ÜRƏYİMƏ GÜNƏŞ DOĞARMI GÖRƏSƏN BU SƏHƏR? YOXSA,ELƏ BELƏ GƏLİB BELƏ DƏ GEDƏR? EŞİDƏRSƏNMİ GÖZYAŞLARIMIN SƏSİNİ YA RƏB?BU YAŞLAR GÜNAHLARIMIN BABALINI ÖDƏYƏRMİ?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!