Adımızın taleyimizə hansı təsiri var

Adımızın taleyimizə hansı təsiri var
Maraqlı məlumatlar
10.09.2017 95
Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri böyük, bəziləri kiçik. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Çünki adların yarandığı hərflər hərəsi ayrılıqda bir məna daşıyır.



Hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm huruf adlanır. İnsan adının taleyinə təsiri mövzusu ilmi hurufun əsas istiqamətidir.



Türkiyədə adların analizi ilə məşğul olan həmyerlimiz Nicat Səmavinin sözlərinə görə, eynilə bürclərdə olduğu kimi hərflərdə də su, hava, od, torpaq qrupları var və hamısı heyvan xarakteriylə uyğunlaşdırılıb. "Elmi hurufa görə, adında ç, ş, ğ kimi işarəli hərflər və nöqtəli ö, i, ü hərfləri olan insanlar müəyyən həyati problemlər yaşaya bilər. Bura iqtisadi, sağlamlıq və ya ailəvi problemlər aid edilə bilər. Hecanın ilk hərfi g isə bu təsiri artırır. "Adında r, l, n hərfləri olan insanlar xoşbəxt taleli insanlar olur. Adında v ilə re, rə hecaları olan insanlar pul toplamaqda çətinlik çəkərlər".



Araşdırmaçı deyir ki, adında s, ş, z olanlar fədakar, sevgi dolu insanlar olur. Od qrupu hərflər z, ş, f, g, y, hava qrupu hərflər k, h, r, c, j, su qrupu hərflər b, p, d, t və s, torpaq qrupu hərflər l, m, n-dır.



Adlarda olan hərflər təkcə insanın taleyinə deyil, sağlamlığına da təsir edə bilər. "Əgər adda "a"hərfi çoxdursa, qan dövranı ilə bağlı xəstəliklər, "e" hərfi çoxdursa, boğaz yollarıyla bağlı xəstəliklər çox olur. "R" və "t" kimi sərt hərflərlə bitən adlı insanlar sərt insanlar olur.



Peyğəmbərimizin insanlara məsləhət gördüyü adlar arasında Abdullah, Əbdürrəhman, Məhəmməd, Həsən, Hüseyn, Aişə, Fatimə, Zeynəb, Xədicə, Cəmilə, Zəhra adları var.



Seçim insanın əlindədir. Kim nəyi seçərsə, onu da yaşayar)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!