Xoşbəxtlik

Xoşbəxtlik
Maraqlı məlumatlar
10.09.2017 51
Sevgidir xoşbəxtlik... Qarşılıqsız birini sevə bilməkdir... Eşqdir bəzəndə... Birini ürəkdən sevməkdir... Dəyər verə bilməkdir xoşbəxtlik... Sevilmədəndə sevə bilmək, sevdiklərin bir gün həyatından getmədən onların qiymətini bilməkdir xoşbəxtlik... Bir ananın uşaqına duası kimi dua etməkdir xoşbəxtlik... Niyə demədən, sual vermədən doya-doya, həyatı olduqu kimi yaşamaqdır xoşbəxtlik... Bəzən belə olmalı imiş deye bilmek, heç nəyə baxmayaraq təkrar gülümsəməkdir xoşbəxtlik... Bölüşməkdir xoşbəxtlik... Bir an belə düşünmədən, heyatı sevgini hətda xoşbəxtliyin özünü bölüşmək... Yayda günəşə gözlərini qıyıb baxmaq, payızda qurumuş yarpaqların xışıltısını eşidə bilmək, Qışda qartopu oynamaq, yazda bahar ətrini duya bilmək, yaz yağışında islanmaqdır xoşbəxtlik... Bəzəndə ən çox sevdiyin mahnını yüksək səslə ürəkdən oxumaqdır xoşbəxtlik... Həyatımızdakı bəlkədə bu günə qədər heç fikir vermədiyimiz o xırdalıqları görə bilməkdir xoşbəxtlik... Çünki xoşbəxtlik xirdalıqlarda gizlidir, xırdalıqlar isə həyatın özüdür... İndi sən xoşbəxt ol, ulduzlara bax günəşə bax, Gülümsə... Sən istəmədiyin müddətcə heç kəs səni incidə bilməz və inan heç kəs səndən daha dəyərli deyil... Ən böyük xoşbəxtlik yaşadığını, həqiqətən yaşadığını hiss etməkdir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!