Bu da eksklüziv Porsche 911 Turbo S GB Edition – Fotolar

Bu da eksklüziv Porsche 911 Turbo S GB Edition – Fotolar
Maraqlı məlumatlar
10.09.2017 47
Porsche 911 klassik modelinin milyonlarla pərəstişkarı üçün Porsche Exclusive bölməsinin mütəxəssisləri növbəti xüsusi avtomobil hazırlayıblar.

Porsche 911 Turbo S GB Edition adlandırılan yeni model cəmi 40 nüsxədən ibarət tirajla buraxılacaq. GB Edition xüsusi buraxılışı Böyük Britaniya üçün hazırlanıb və 911 Turbo S modelinin 40 illiyinə həsr edilib.

Xüsusi versiya 20 düymlük parlaq Sport Classik diskləri, kuzovun yanları boyu Porsche loqotipli qara zolaqlar, yeni yan güzgülər, arxa spoyler və qapı dəstəkləri əldə edib. Kupenin salonu qırmızı tikişli qara dəri ilə üzlənib və qırmızı təhlükəsizlik kəmərləri, dəri haşiyəli unikal ayaqaltılar əldə edib, başaltılara isə Porsche yazısı əlavə edilib. 40 müştərinin hər birinə avtomobilin ərsəyə gətirilməsi prosesini tam əks etdirən fotoqrafiyaların toplandığı xüsusi kitab və açarlar üçün dəri kisə hədiyyə ediləcək. Porsche 911 Turbo S GB Edition versiyasını ilkin sifarişlə 150 237 funt sterlinqə əldə etmək mümkündür.
 


 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!