Afrikada uşaq olmaq

Afrikada uşaq olmaq
Maraqlı məlumatlar
10.09.2017 28
Afrikada uşaq olmaq, əslində, uşaq olmamaqdır.
Oyuncaq kukla və ya bir oyuncaq avtomobil yerinə axşama tox çıxa bilməyi
diləməkdir.
Afrikada uşaq olmaq, qarınını doyura biləcək hər
hansı bir şeyə sevinə bilməkdir çox zaman, cürbəcür növ yeməklərlə
bəzənmiş süfrələrə baxıb "sevdiyim bir şey yoxdur burada" deyə
bilməməkdir.
Afrikada uşaq olmaq, səfaləti müxtəlif xalq
nağıllarının qəhrəmanlarında deyil, şəxsən öz həyatında yaşamaqdır.
Lakin bir fərq var ki, hekayənin sonunda, bu uşaqların həyatına əlində
daşıdığı inci toppuzlu, sehrli dəyənəyiylə yaxşılıq mələkləri gəlməz.
Onların nağılı necə başlamışdısa eyni şəkildə davam edər.
Afrikada
uşaq olmaq, şəkər, şokolad və digər uşaqlarımızın sevərək, istəyərək və
bəzən də biz ana-atalara ağlaya-ağlaya aldırdıqları şirin-şirin
şeylərin dadını ancaq və ancaq oralara geden bir "muzungu" yəni ağ
adamın insafı və ya ikramı ilə dada bilməkdir.
Afrikada uşaq
olmaq, evə dönən atanın cibindən şokolad çıxma ehtimalını düşünə
bilməməkdir. Afrikada uşaq olmaq atanın cibindən, görəsən, bu axşam
yardım təşkilatları tərəfindən paylanan, makaron və ya qarğıdalı unu
paketi çıxarmı düşüncəsinin sahibi olmaqdır.
Afrikada uşaq olmaq,
həyatın çətinliklərini aşmaq üçün ana-atalardan yardım növbələrindən
necə önə keçiləcəyinə dair nəsihətlər dinləməkdir.
Afrikada uşaq
olmaq, kiçik dərmə-çatma ev olaraq istifadə edilən tənəkə binalarda
yaşamaq, 3-4 otaqlı evlərin ancaq "sahib"lər tərəfindən istifadə
ediləcəyinə inanmaqdır. Hamamlardan, mətbəxlərdən xəbərsiz olmaqdır.
Siyahını
çoxaltmaq mümkünmü desəniz təxəyyülünüzü istifadə edin. Bir xəritə
verdim əlinizə. Gerisini sizlər də tamamlaya bilərsiniz. Əslində, bu
yazıya burada nöqtəni qoyub tamamlamaq ola bilər.
Lakin!
Heç məsuliyyətimiz yoxdurmu!
Gəlin, bir də hekayəyə ayna tutaq.
Mənim adım Ənəsdir!
Biz
Afrikalıyıq! Qardaşlarım-bacılarım böyüdü. İndi hər bazar harasa
gedirlər. Axşama evə qayıtdıqda onların pulları olur. Və bizə bəzi
şeylər alıb gətirirlər. Atam bir bazar günü onları aparmışdı. Sonra da
hər həftə sonu birlikdə getməyə başladılar. Atam bizə deyir ki: bir az
daha böyüyün sizləri də aparacağam. Amma bilmirik hara gedəcəyik. Bazar
günü getdikləri zaman heç vaxt bir kitab, jurnal, qələm, dəftər
gətirmirlər. Həmişə yemək və geyim gətirirlər!
Mənim adım Səlmadır!
İsti
bir gündə gözlərimi açdım. Sonra bir az böyüdüm. Məhəlləmizdən kənara
çıxmağa başladığım zaman gözəl evlər gördüm. Bir dəfə atamdan soruşdum.
Buralarda kimlər yaşayır deyə. Tanımadığım adlardan söylədi sonra da nə
edəcəksən sən bunları, unut getsin, dedi. Hər zaman hardansa yemək
torbaları gətirirdi. Atam işləmirdi. Necə gətirirsən deyə soruşdum. Yenə
unut getsin dedi. Atam, heç kitab, qələm gətirmirdi. Nə vaxt istəsəm
"qızım pulum yoxdur” deyirdi. Lakin hardansa müxtəlif yeməklər tapırdı.
Anlaya bilmirdim.
Afrikada uşaq olmaq, məktəb tapa bilməməkdir,
parta, kitab, qələm, dəftər tapa bilməməkdir. Yelkənsiz xəyal gəmisini
fırtınalı okeanda alt-üst edilməsinə səs çıxara bilməmək, xəyallarını
bir-bir itirməkdir Afrikada uşaq olmaq…
Təhsil ala bilmədən böyümək sonra da təhsilsizliyinin belə fərqini bilməməkdir.
Betül Karabacakскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!