İnsanlar

İnsanlar
Maraqlı məlumatlar
10.09.2017 12
İnsanlar var ki kitap kimidir.
Maraqlı,həyəcanlı.Oxuduqca oxumaq istəyərsən,onlardan nə isə öyrənə bilərsən,yeni bilik üfüqləri aça bilərsən.Əsasən də səbirli olsan və onlara vaxt ayırmağa tənbəllik etməsən.

İnsanlar var ki, labirint kimidir.
Heç vaxt nə edəcəyini əvvəlcədən bilməzsən.Heç vaxt bilməzsən ki səni bu döngədən sonra nə gözləyir,münasibətlər hansı formada dəyişəcək.Amma tapmaca nə qədər mürəkkəb olarsa ona cavab axtarmaq da o qədər maraqlıdır.

İnsanlar var ki, yamyaşıl vadi kimidir.
Onlarla rahat və asandır. Bütün problemləri unudub qayğısız ola bilirsən onlarla. Heç olmasa bir müddət pəncərədən bayırda külək və yağış olduğunu,mətbəxdə isə yuyulmamış qabların sənin gəlişini gözlədiyini unudursan,sakitləşirsən və dincəlirsən.

İnsanlar var ki, külək kimidir.
Bu gün burdadır,sabah başqa yerdə. Әbədi və sabit heç nə yoxdur onun həyatında.Əyləncələri də bir-birinin ardınca dəyişir. Heç birində uzun müddət qərar tuta bilmir.

İnsanlar var ki, qığılcım kimidir.
Onlarda partlayıcı temperament var. Həyatına bayram əhval ruhiyəsi gətirir,həyatına bir qaynarlıq,bir canlanma bəxş edir. Gücün çatan qədər şənlən,yaşa,xoşbəxt ol.

İnsanlar var ki, çiçəklər kimidir.
Onlarla çox ehtiyatla davranmalısan. Pis havada qorumalısan,qayğısına qalmalısan.Onlar çox kövrək və həssasdır.Amma bu kövrəkliyin də öz gözəlliyi və cazibədarlığı var.Onun qayğısına qalmağa icazə verir və sənə özünü güclü hiss etmək duyğusunu bağışlayarlar.

İnsanlar var ki, qaya kimidir.
Onlarla həmişə güvəndə olursan,inamlı olursan.Nə isə baş verdikdə dayaq yerin olur.Çətin anlarda etibar edə biləcəyin,söykənə biləcəyin biridir.

İnsanlar var ki, uçururm kimidir.
Bilirsən,sonu pis qurtaracaq,amma özünə çəkir cəzb edir. Heç olmasa bu uçurumun lap kənarına gəkib bu tanış olmayan, naməlumluğa baxmaq,toxunmaq istəyirsən.

İnsanlar da var ki, briliyant kimidir.
Sən ona baxırsan və hər dəfəsində da yeni zərrələr,yeni hisslər tapirsan. Vacib deyil ki, bu müsbət və ya mənfidir.Sadəcə öyrənirsən və heyran olursan.


Özünüzü bu katiqoriyalardan hansına aid edirsiniz? Fikirlərinizi bilmək mənə maraqlı olar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!