Ən maraqlı faktlar

Ən maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 18
Apple — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firması.
Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Mac Book, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır.
Apple bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompyuterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir.
"Apple" şirkətinin Kupertinodakı mənzil qərargahı
2007-ci il yanvarın 9-da şirkətin adı Apple Kompyuterdən Apple-yə çevrilmişdir. Stiv Jobs dəyişikliyi iPhonenin tanıdıldığı MacWorld Expo 2007 açılış danışmasında eşitdirmişdir. Kompyuter sözünün çıxarılmasına səbəb olaraq "Apple kompyuter" deyildiyində ağla gələn kompyuterin onsuz da Mac olduğuna diqqət çəkilmiş, buna görə şirkətin adının bu ankı məhsulları daha yaxşı əks etdirmək məqsədiylə dəyişdirildiyi ifadə edilmişdir.
ABŞ-da 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompyuter satılmış, onlardan 110.400.000 milyon ədədi Apple olmuşdur.
Apple dünyanın ən bahalı brend kimi tanınır. 2011-ci ilin oktyabrında onun aksiyalarının dəyəri dünya üçün rekord qiymətə 422 milyard ABŞ dollarına çatıb.[1]
Apple 10 dekabr 2011-ci ildə Nyu-Yorkun Mərkəzi vağzalında özünün ən böyük firma mağazasını açıb. Sahəsi 2,1 min kvadrat metr olan mağaza şirkətin əvvəlki mağaza sahəsi rekordunu 0,6 min kv.m. təzələyib. İlk müştəri mağazanın açılışında birinci olmaq üçün bir sutka növbədə durub
Amerikanın ən çox bilinən kompyuter firmalarından olan Apple ilk qurulduğu zamanlar Makintoş adıyla xatırlanırdı (Makintoş xüsusi alma sortudur). Hazırda Microsoft, Google əsas rəqibidir. Şirkət məhsullarının yüksək keyfiyyəti və dizayna çox böyük önəm verməsi ilə seçilir.
Daha sonra Stiv Cobs İncildə iştirak edən Adəm ilə Həvvadakı almanı istifadə etməyə başladı. Dişlənilmiş alma fiqurunun günki mənada ilk kompyuterlərin istehsalında vəzifə alan və zəhərə batırdığı almanı dişləyərək intihar edən Alan Turing'e ithafən istifadə edildiyi də deyilməkdədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!