İntihardan öncə oxu

İntihardan öncə oxu
Maraqlı məlumatlar
10.09.2017 32
Son vaxtlar gənclər arasında intahar halları artıb. İntihar öz həyatına qəsd deməkdir ki, bunu ən azından həyatımızda bir dəfə olsa ürəyimizdən keçirmişik.
 
Özünüzü çarəsiz və  intihar edəcək qədər bədbəxt hiss edirsizsə, o zaman hamama daxil ol, isti duşun altında dayan. Saçlarından su üzünə dəqiqlərcə süzülsün, sanki beynindən nəsə axacaq, bir az sakitləşəcəksən.
 
 

  
Vanna varsa, ətirli şamlar yandırıb yariqaranlıqda isti suya daxil ol və gözlərini yum. Düşün ki, kimlər və nələr üçün ölməyə dəyərmi?
 
 

  
 Bu həyatı dəyişmək sənin əlindədir, sadəcə cəsarətli ol arzularının və istəklərinin arxasınca get. Dərdin, sevgidirsə, o eclaf üçün üzülməyə dəyərmi, düşün... Sonra isə, gir yatağına heçnə düşünmədən yat.
 
 

 
 Lap iki gün yerindən qalxma, ağlamaq istədiyində doyunca ağla. Hətta qışqırıb da ağlaya bilərsən.
 
 

  
Allahla danış. Ürəyindən nə keçir ona söylə... Qorxma! Zaten, Allahdan qorxan intiharı düşünməz. Demək, bu qorxunu keçmisən və bütün şikayətlərini ona et. Hə, bir də o ağır depresiya anında özünə 3 gün yaşamaq icazəsi ver. Sadəcə, 3 gün...
 
 

 Bax belə, 3 gün hər səhər günəş doğduğunda anlayacaqsan ki, sənin də bir gün qaranlıqdan işığa çıxacaqsan. Həyatında bu 3 gündə nəsə dəyişməsə də, düşüncələrin dəyişəcək.
Özündən asılı olmayaraq  3 gün sonra "yaxşı ki, o axmaqlığı etməmişəm" deyib ölmədiyinə şükr edəcəksən.
Və 3 gün yatanda, duranda, eyni zamanda güzgünün qarşısında o ağlamaqdan şişmiş gözlərinə baxıb bunları söylə:
Yaşamaq lazımdır! Səni incidənlərin acığına!
Mübarizə aparmalısan! Səni üzən bu həyatın açığına!
Boş ver insanları, kimsəni vecinə almadan, sözlərinə əhəmiyyət vermədən öz doğrularınla yaşa!
 
P.S. Bəli, nə edirsiz edin, amma yaşayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!