Hər bir qadının oxumalı olduğu 5 kitab

Hər bir qadının oxumalı olduğu 5 kitab
Maraqlı məlumatlar
10.09.2017 79
[/b]
 
[b]5
. Tiffanidə səhər yeməyi, Trumen Kapote.
Bu maraqlı əsərin dili çox rəvandır. Hətta sizin çox məşğul adam olmağınız belə, "Tiffanidə səhər yeməyi"ni oxumamağınıza bəhanə ola bilməz. Kitab Hollivud komediyalarının klassikasına çevrilən eyniadlı film sayəsində populyarlıq qazanıb.
 

4. Küləklə sovrulanlar, Marqarett Mitçell
Bu, güclü bir qadının gözəl hekayəsidir. Kimsə Skarletti sevmir, kimsə həddindən artıq sevir... Bir sözlə, ona laqeyd yanaşmaq mümkün deyil. "Küləklə sovrulanlar" da Skarlet kimidir. Əsərdəki hadisələr çılğın sevgi və nifrətin fonunda baş verir.




3. Lolita, Vladimir Nabokov
Bu kitaba laqeyd qalan adam çətin tapılar. Siz ya oxuduqlarınıza təəccüblənəcək, ya da xəstə bir adamın yazdığı kitabın hər səhifəsini vərəqlədikcə hiddətlənəcəksiniz. Bütün hallarda məşhur "Lolita"nı hər bir qadın oxumalıdır.
 


2. Master və Marqarita, Mixail Bulqakov
Əsəri şərh etməyə ehtiyac yoxdur. "Master və Marqarita" klassikadır. Bu mistik və sirli əsər rus ədəbiyyətının böyük mirasıdır.




1. Var olmağın dözülməz yüngüllüyü, Milan Kundera
Bu əsər çoxlarına qəribə görünəcək. Ancaq həyatda çox şeyə adi yanaşmaq və hər şeyin sadə olduğunu anlamaq üçün mütləq bu əsəri oxumalısınız. Kunderanın qələmi sayəsində siz kişi psixologiyasını anlayacaqsınız.

Mənbə:http://www.buro247.az/media/books/h-r-bir-qad-n-n-oxumal-oldu-u-5-kitab.htmlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!