Bəzən...

Bəzən...
Maraqlı məlumatlar
10.09.2017 34
Bəzən aldanıb,daha heçkimə güvənməyəcəm deyərsən.Yox sadəcə kimə ikinci dəfə güvənəcəyini yaxşı hesablamalısan...

Bəzən günahkar "ya həyatdır,yada ki belə yazılıb" deyib özünü sığortalayarsan...
Amma özünün özünə "etdiklərindən" xəbərsiz olarsan...
 
Həyat bir imtahandır,amma başqa imtahanlar kimi yox,Bəzən etdiyin bir "səhv" bütün doğrularını aparar
 
bir ömür boyu nələrisə axtararsan...Amma bəzən sən axtardığın zamanda deyil,başqa vaxt çıxar qarşına...

Bəzən ayrılarsan,küsərsən,təkqalarsandüşünərsənki səni gözləyən biri yoxdu...Amma anlamazsan ki səni həmişə "gözləyən" biri var...
 
 Bəzən nə qədər rahat həyat sürmək istəsən də,bir gün etdiyin hansısa səhvin " nəticələri" gəlib tapar səni...
Bəzən ölümünü bilə-bilə həyata bağlanmaqdı yaşamaq...
 
Bəzən gecikir arzular,kaşki vaxtında gəlsəydi... Artıq hər şeyin gec olduğun anlayırsan
 
Bəzən nə qədər anlatmağa çalışsanda,anlamalısan ki "səni anlamayacaq" biriləri vardır gərəkki...
Bəzən hər qalibiyyətin sonu həmişə sənə uğur gətirmir...
Bəzən hər şeyin çarəsi səssizcə çıxıb getməkdir...
Bəzən tam unutduğunu sanarkən,bir musiqi parçası sənə nələri yaşatmaz...Anlayarsanki onu düşünməmək, hələ unutmaq demək deyilmiş ...

Bəzən üşüyərsən,soyuq bir qış günü... təbiətdən şikaytlənərsən!Amma anlamazsan, səni isidəcək biri varsa ,üşüməyin necə gözəl hiss olduğundan
Bəzən nəyəsə tez nail olmaq istəyərsən, tələsərsən...... Sonralar anlayarsanki, nail olmaq tələsməklə əldə olunmurmuş!
Bəzən hansısa uğursuzluqların qurbanına çevrilərsən...

Bəs sizin demək istədiyiniz "bəzən"lər hansılardır...?
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!