Həyatın ironiyası

Həyatın ironiyası
Maraqlı məlumatlar
10.09.2017 31
Mayakovski intihar etməmişdən az əvvəl yazmışdı: «Bağışlayın məni, bilirəm bu yaxşı iş deyil (heç kəsə məsləhət görmürəm), amma bundan başqa çıxış yolum yoxdu».
Halbuki, illər öncə Yesenin intihar edəndə Mayakovski onun ölümünə yazdığı ağı beləydi:
Ölmək dünyada ən asan işdi,
çətini yaşamaqdır.
Həyatın ironiyasına, qəribəliyinə baxın. Qəribədir deyilmi?
Sokratın məhkəməsində 501 andlı hakim iştirak etmişdi. Onlardan 280-i Sokratın öldürülməsinə, 221-i isə sağ qalmasına səs vermişdi. Sokratın illərlə boğazını gərə-gərə tələbələrinə heç bir təmənnasız öyrətdiyi demokratiya dərslərinin nəticəsi bu idi.
Sokrat unutmuşdu ki, vicdansız adamlar var, onlar demokratiyanın keşiyində də öz vicdansızlıqları ilə dururlar. Sokratın ölüm hökmünə məhkum edilməsi əslində,"yaxşı oldu”, bununla da demokratiyadakı səs çoxluğunun əsl mahiyyəti açıldı. Həm də Sokrat əsl taleyini yaşamış oldu — insan mübarizə apardığı nəsnənin qurbanına çevrilir.
Yunan mifologiyasında «mifoloji quş» var, ac olanda bədəni qızır və ayağını dimdikləyib yeməyə başlayır və yavaş-yavaş ayağından üzüyuxarı özünü yeyir. Axırda ürəyinə dimdik çalır və ölür. Amma bilmir ki, özü-özünü öldürdü (yedi). Bəzən biz insanlar da hissə qapılıb özümüzü yeyirik, bitiririk, məhv edirik.
Həyat elə qurulub ki, bütün situasiyalarda Gertsenin o məşum və müdhiş sualı açıq qalır: «Kimdir müqəssir? Kimdir günahkar?”
Doğurdan da, günahkar kimdir? Sən? Mən? Siz? Biz? Tale? Dünya? Bilmirsən… Bilmirsən, bilmirlər, bilmirik.
— Bəs o quşu kim öldürdü?
— ...
Taras Şevçenkonun şeirlər kitabını oxuyuram, 170-ci səhifədə sevdiyi qadına yazdığı undulmaz „Mən neyləyim bəs?" adlı sevgi şeiri var, 171-ci səhifədə isə həmin qıza yazdığı „Qarğış" şeiri var.
Qəribədir: vərəqin bir tərəfində sevdiyi qıza tərif və ehtiramını əyan edir, digər tərəfində nifrət və qarğışını. Şeirlərin yazılma tarixindəsə 3 gün fərq var. İnsan üç günə (lap elə üç aya) dəyişə bilərmi? Yəni yaxşıyla pis, ağ ilə qara bu qədərmi yaxındır bir-birinə?
Müəllif: Fərid Hüseynскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!